Məhkəmə qərarları › İş №3(051)-744/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-744/2025

11.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-744/2025 11.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ptotokol tərtib etmiş şəxs Mingəçevir Şəhər Polis X11 Polisi Şöbəsinin X7 üzrə baş inspektoru X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Mingəçevir şəhəri Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 21 avqust 1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş 11 oktyabr 2025-ci il tarixli, İXP7492405 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Mingəçevir şəhər Polis İdarəsinin Dövlət X13 X7 üzrə baş inspektoru X8 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində sürücü Şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda “Kia Rio” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri H.Əliyev prospekti ilə şəhərin çıxacağı istiqamətində hərəkət etdirərkən H.Əliyev prospektin 2 nömrəli orta məktəbin bərabərliyindəki asfalt yolda onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan Sunny” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən ötmə əməliyyatı etmək istəyərkən həmin avtomobilin sağ arxa hissəsinə dəyib daha sonra idarəetməni itirərək qarşıda dayanıqlı vəziyyətdə olan X1 idarə etdiyi “X15 Rover” “Velar” markalı ** QA *** dövət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısından, daha sonra isə dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMW 328” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən vuraraq dayanmışdır. Hadisə nəticəsində Şəxs sağ tərəfində əyləşən X4 yüngül xəsarət almışdır. Ona görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərəfindən protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hadisə olmamışdan öncə dostları ilə birlikdə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Daha sonra avtomobili necə idarə etməsi və hadisə barədə dəqiq heç nə xatırlamır. Hadisədən sonra onu tibbi müayinədən keçirmək üçün narkologiyaya aparmışlar. Analiz verdikdən sonra onu polis şöbəsinə gətirmiş, onu müvəqqəti saxlama yerində saxlamış, sonra onu buraxmışlar. Hadisə nəticəsində avtomobillərə dəymiş ziyan sığorta şirkəti nəticəsində ödəniləcəkdir. Törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 izahatında müdafiə etdiyi şəxsin əməlini etiraf edib səmimi peşmançılığını nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, hadisə günü “Accessbank”ın qarşısındakı işıqfordan keçərkən yan güzgüdən gördü ki, adını sonradan bildiyi Ruslanın maşını qarşıdan gəlirmiş. “Accessbank”ı keçdikdən sonra qırmızı işqda dayanmış. Həmin vaxt Ruslanın maşını “Nissan” markalı avtomobilə dəymiş, ondan sonra isə onun idarə etdiyi “BMW 328” markalı avtomobilə dəymişdir. Qəza nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Lakin bugünkü günə qədər ziyan ödənilməmişdir. Şikayəti yoxdur, lakin dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, hadisə günü “Araz” marketin qarşısından ikinci xətlə gedirmiş. Həmin vaxt Ruslanın idarə etdiyi avtomobil onun idarə etdiyi “Nissan Sunny” markalı avtomobilə dəymişdir. Onun avtomobilinə dəyfdikdən sonra əlavə olaraq iki avtomobilədə dəydi. Ruslanın idarə etdiyi avtomobil onun avtomobilinin arxa sağ tərəfindən vurmuşdur. Qəza nəticəsində onun avtomobilinə maddi ziyanla nəticələnən ziyan dəymişdir. Lakin bugünki müddətə qədər ziyan ödənilməmişdir. Onun avtomobilinə 5965 manat maddi ziyan dəymişdir. Şikayəti yoxdur, lakin dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslərin izahatları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2025-ci il tarixli, İXP7492405 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində sürücü Şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda “Kia Rio” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri H.Əliyev prospekti ilə şəhərin çıxacağı istiqamətində hərəkət etdirərkən H.Əliyev prospektin 2 nömrəli orta məktəbin bərabərliyindəki asfalt yolda onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan Sunny” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən ötmə əməliyyatı etmək istəyərkən həmin avtomobilin sağ arxa hissəsinə dəyib daha sonra idarəetməni itirərək qarşıda dayanıqlı vəziyyətdə olan X1 idarə etdiyi “X15 Rover” “Velar” markalı ** QA *** dövət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısından, daha sonra isə dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMW 328” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən vuraraq dayanmış və hadisə nəticəsində Şəxs sağ tərəfində əyləşən X4 yüngül xəsarət almışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli, 1783 №-li tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə vaxtı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edərək səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh növü olan inzibati cəriməni tətbiq etməyi ona görə məqsədə müvafiq hesab etmir ki, Şəxs sərxoş halda yol hərəkət qaydalarını pozaraq hadisə törətdiyi zaman, hadisəyə qədər olan hərəkətləri hər hansı ehtiyatsızlıqla bağlı olmamış, yol hərəkət qaydalarını kobud şəkildə pozmaqla nəqliyyat vasitələri və yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə yaratmış və bu hərəkətləri ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsinə səbəb olmuşdur. Həmin hadisə nəticəsində zərərçəkmiş şəxslərin avtomobillərinə maddi ziyan vurulmuş, bir nəfər zərərçəkmiş şəxs isə hadisə nəticəsində yüngül xəsarət almışdır. Halhazıra kimi zərərçəkmişlərin əmlakına vurulmuş ziyan ödənilməmiş və həmin ziyan sığorta ilə ödənilməli olan məbləğin həddini keçmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 2(iki) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 oktyabr 2025-ci il tarixdən, saat 13:25dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar