Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-745/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-1033/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ilə Şəxs 5004,76 manat məbləğdə əsas borc, 784,08 manat məbləğdə faiz borcu olmaqla, cəmi 5788,84 manat məbləğdə borcu və ödənilmiş 30 manat dövlət rüsumunu iddiaçı "xxxx" ASC-yə ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-1033/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5004,76 manat məbləğdə əsas borc, 784,08 manat məbləğdə faiz borcu olmaqla, cəmi 5788,84 manat məbləğdə borc, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" ASC-yə verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs borcunu ödəməmişdir. Şəxs yaşayış və iş yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı çıxarılaraq axtarış işi açılmışdır. Tapıldıqdan sonra icra və probasiya şöbəsinə gətirilmiş, barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-1033/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən kredit borcun bir hissəsini "xxxx" ASC-yə ödəmişdir. Qalan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyə bilər. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Bundan əlavə o, Mingəçevir şəhərində olmuş, heç bir yerə getməmişdir. Barəsində axtarış qərarı verilməsindən məlumatı olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qalan borcunu tam şəkildə ödəməyə imkanı olmadığını və mülkiyyətində hər hansı bir daşınar və ya daşınmaz əmlak olmadığını bildirsə də bununla bağlı araşdırma aparılması ilə əlaqədar hər hansı bir sənəd materiala əlavə olunmamışdır. Bundan əlavə Şəxs izahatında borcundan bir hissəsini ödədiyini bildirmiş, lakin borcun bir hissəsinin ödənilib-ödənilməməsi ilə bağlı banka verilmiş sorğu işə əlavə edilməmişdir. Həmçinin, icra məmuru izahatında Şəxs barəsində axtarış qərarı çıxarılaraq axtarış işinin açıldığını bildirsə də materiala əlavə olunmuş borclunun axtarılması haqqında qərar imzalanmamış, möhürlənməmişdir. Göstərilənlərə əsasən obyektiv, qanuni qərar qəbul olunması mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-745/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-745/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver