Məhkəmə qərarları › İş №3(051)-746/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-746/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-746/2022 15.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1989–cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək STOP yol nişanının tələbini pozaraq “Hyundai Sonata” markalı **-BX-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə “Hyundai Sonata” markalı **-BX-*** nömrəli avtomobilə ziyan dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis kapitanı X3 protokola uyğun izahat verdi. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında cərimə olunacağı təqdirdə borcunu ödəyə bilməyəcəyini göstərdi və məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı izahatında bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs xəta nəticəsində onun maşınına maddi ziyan vurmuşdur. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2022-ci il tarixli AP ******* nömrəli İnzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, Mercedes Benz 190 minik markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ (sürücülük hüququ olarsa) X5 tərəfindən Şəxs verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1554 saylı X1 müayinəsi Aktından görünür ki, hadisə törədilən zaman Şəxs sərxoş vəziyyətdə olmamışdır. İşdə olan Nəqliyyat Vasitələrinin Təmirinə dair Smetadan görünür ki, Zərərçəkmiş şəxs X2 etibarnamə üzrə idarə etdiyi “Hyundai Sonata” markalı **-BX-*** nömrəli avtomobilə dəymiş ümumi zərər 1185 manat təşkil edir. Mingəçevir ŞPŞ-si DYPB-nin YNH üzrə inspektoru, polis kapitanı Mirzəyev Anar tərəfindən Şəxs və X2 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Mingəçevir şəhəri, Samux küçəsində baş vermiş, Mercedes Benz 190 minik markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozduğu üçün “Hyundai Sonata” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, izahatını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar