Məhkəmə qərarları › İş №3(051)-748/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-748/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-748/2025 01.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Şikayətçi: X4, Qərarından şikayət verilən Azərbaycan Respublikası X13 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası X13 Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə 700 manat məbləğində inzibati cərimə edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası X13 Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası DƏMX-nin X16 Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarının ləğv ediməsini və İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən 700 manat məbləğində cərimənin silinməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, DƏMX-nin X16 Şöbəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. İnzibati qərarın qəbul olunmasının əsası kimi işçi X2 xx.xx.2025-ci il tarixdə səkinin üzərində duraraq ona ayrılmış ərazini süpürərkən saat 08:45 radələrində Oğuz-Mingəçevir marşurutu üzrə hərəkət edən mikroavtobus idarə etməni itirərək səkiyə çırpılması nəticəsində işçi xəsarət almışdır. xx.xx.2025-ci il tarixdə işçi X6 vəfat etmişdir. İlk növbədə Təhqiqat Komissiyası hadisə yerini düzgün müəyyən etməmişdir. xx.xx.2025-ci il tarixdə yəni həmin hadisə günü tərtib edilmiş baxış aktında müəyyən edilmişdir ki, hadisə işçi səki üzərində olarkən baş vermişdir. İkinci vacib məqam ondan ibarətdir ki, bədbəxt hadisənin baş vermə səbəbi yol nəqliyyat hadisəsidir. Yol nəqliyyat hadisəsinin araşdırılması Mingəçevir Şəhər Polis Şöbəsində aparılır. Təhqiqat Komissiyası tərəfindən Daxili İşlər Nazirliyinin Mingəçevir Şəhər Şöbəsinə göndəriİmiş məktubların cavabsız qalması bu qənaətə gətirir ki, yol nəqliyyat hadisəsinin araşdırılması bitməyib və nəzərə almaq lazımdır ki, bədbəxt hadisənin baş vermə səbəblərini düzgün müəyyən etmək üçün, yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri ilə mərhum işçinin xəsarət alma faktının əlaqələndirilməsi və həmin ərazidə olan təhlükəsizlik kameraların vasitəsilə hadisənin baş verdiyi yeri tam dəqiq müəyyən etmək vacibdir. Təhqiqat Komissiyasının üzvləri bədbəxt hadisənin səbəblərini müəyyən edərək bu qənaətə gəlmişdir ki, hadisənin baş vermə səbəbi AR Əmək Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsinin tələblərinin riayət olunmamasıdır. Yalnız qeyd etmək istəyir ki, idarə tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə giriş təlimatı, ilkin təlimatı, növbəti təlimatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə biliyi yoxlanılması barədə müvafiq sənədlər Təhqiqat Komissiyasına təqdim ediİmişdir. Ümumilikdə baş vermiş bədbəxt hadisənin baş verməsi ilə verilmiş inzibati tənbehin və cərimənin əlaqəsi yoxdur. X1 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi X6 istehsalatda bədbəxt hadisə yox, yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Hadisə baş verəndən sonra onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılmış, lakin onun həyatını xilas etmək mümkün olmamışdır. Belə ki, bu hadisə yolda təmir-tikinti işləri aparılarkən olmuşdur. Belə olan halda da təqsirli işəgötürən yox, həmin şəxsin özü olmalıdır. Əgər bu hadisədə təqsirkar işəgötürən olması nəzərə alınsa, onda aydın olar ki, həmin hadisə böyük şəhərlərdə tıxaca səbəb ola bilərdi. Belə ki, Mingəçevir o qədər də böyük şəhər deyil. Bununla belə hadisə 08:45 radələrində olmuş, havada duman, yağış, bulud əlamətləri olmamışdır. Belə olan halda təqsiri işəgötürəndə axtarmaq doğru olmazdı. Həmçinin sürücü sürət həddini aşaraq səkiyə çırpılıb, süpürgəçinin də həyatına sürücünün kobud ehtiyatsızlığı nəticəsində şəxsin son qoyulub. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası X13 Xidmətinin nümayəndəsi X8 məhkəmə iclası zamanı bildirdi ki, həmin hadisə ilə bağlı Təhqiqat Komissiyası təşkil olunmuş, yetərincə tədqiqat aparılmışdır. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi, X1 da həmin Komissiyanın üzvü olmuşdur. Bununla bağlı akt da tərtib olunmuşdur. Həmin akt nəticəsində bu hadisə istehsalatda bədbəxt hadisə hesab olunmuşdur. Həmin aktda həmin hadisənin səbəbkarı, təqsirləndirilən şəxs kimi işəgötürən hesab olunmuşdur. İşəgötürən də həmin vaxt bu akta etiraz etməmişdir. Bütün bunlar məhkəməyə təqdim etdikləri sübutlarda öz əksini tapır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi X7 işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin X16 Şöbəsinin baş əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X15 barəsində AR İXM-nin 199-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan istehsalatda bədbəxt hadisə haqqında tərtib edilmiş 1 saylı iz formasından görünür ki, Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı X2 Mingəçevir şəhər Heydər Əliyev prospektində magistral yolun şəhərə giriş hissəsində yerinə yetirdiyi peşə vəzifəsi zamanı bədbəxt hadisə baş vermiş və hadisə nəticəsində X6 ölmüşdür. İşdə olan istehsalatda bədbəxt hadisə ilə əlaqədar daxil olan 06 saylı məlumatdan görünür ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin süpürgəçisi X3 xeyli sayda sınıqların olması səbəbindən vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilən Xəstənin İKT müayinəsinin nəticəsindən görünür ki, bədənin çoxsaylı qapalı travması, qabırğaların çoxsaylı sınığı, sağ qıç sümüyünün sınığı diaqnozu ilə və respirator çatışmazlıq diaqnozu ilə qeydiyyatdadır. İşdə olan əmək müqaviləsindən (kontraktı) görünür ki, X6 05 noyabr 2008-ci il tarixdən süpürgəçi vəzifəsinə qəbul olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 iyul 2025-ci il tarixdə travmatik hemotoraks səbəbindən Mingəçevir şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası X13 Xidmətinin X16 Şöbəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli, 391 saylı arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə işə qəbul olunan Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin süpürgəçisi X2 orta əmək haqqı 400.96 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi X7 tərəfindən AR Əmək Məcəlləsinin 215 və 222-ci maddələrinin tələblərinin pozulması, nəticədə işçi X2 xx.xx.2025-ci il tarixdə xəsarət alması və sonradan xx.xx.2025-ci il tarixdə ölməsi ilə nəticələnən hadisənin baş verməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin dispozisiyasını şərtləndirən hal baş vermişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Həmçinin şikayətçi şikayətini əsaslandıra biləcək heç bir dəlil məhkəmə təqdim etməmişdir. Məhkəmə iclası zamanı irəli sürdüyü formal mülahizələrlə kifayətlənmişdir. Bunun əksinə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin olduğunu sübuta yetirən sənədləri məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199cu maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası X13 Xidmətinin X16 Şöbəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar