Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-749/2025 03.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Şikayətçi: X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən X12 07 oktyabr 2025-ci il MN № ******* saylı qərarından şikayətinə baxaraq, məhkəmə Müəyyənetdi: X7 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən 07 oktyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və X12 iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində X12 qərar qəbul edilmiş X7 şikayətini belə əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 PHŞ X9 mütəxəssisi X5 tərəfindən 03 oktyabr 2025-ci ii tarixli, X12 İXP ******* №-li Protokol və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Həmin protokol və qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 PHŞ X9 mütəxəssisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 12:45-də tərtib edilmiş Protokola əsasən ünvan 1 ünvanında fərdi sahibkar X7 lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji-lazer epilyasiya ) məşğul olduğu aşkar edilmiş, nəticədə o AR İXM-nin 210.1ci maddəsində nəzərdə tutulmuş 5000 manat cərimə ödənilməsi nəzərdə tutulan inzibati xəta törətmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən Bakı şəhərində tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı qanun pozuntusuna yol verilməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Qərarın çıxarılmasına əsas olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 PHŞ X9 mütəxəssisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, İXP ******* saylı Protokol tərtib edilərkən ona lazımi məlumat verilməmiş və ona Protokolu oxuyub ona imza etmək hüququ da ona izah olunmamış, ən nəhayət həmin Protokolun surəti ona vaxtında təqdim edilməmişdir. Bundan əlavə, əldə etdiyi Protokolun məzmunundan görünür ki, guya o Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 PHŞ X9 mütəxəssisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş Protokola əsasən ünvan 1 ünvanında onun lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji-lazer epilyasiya) məşğul olduğu aşkar edilmiş, nəticədə o AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş 5000 manat cərimə ödənilməsi nəzərdə tutulan inzibati xəta törətmişdir. Lakin barəsində Bakı şəhərində tərtib edilmiş protokoldan tam aydın olur ki, o hansı əməli törətmişdir, yəni bu məlumat Protokolda dəqiq yazılmamışdır. Halbuki, qərarda guya onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 PHŞ X9 mütəxəssisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 12:45-də tərtib edilmiş Protokola əsasən ünvan 1 ünvanında lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetolojilazer epilyasiya) məşğul olduğu aşkar edilmişdir ki, bu da tam yalan və əsassızdır. çünki o ünvan 1 ünvanında lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji-lazer epilyasiya) məşğul olmur və bu faktı təsdiq edən nə şəkil, nə də videogörüntü yoxdur. Bundan əlavə o yalnız binanı tikib ərsəyə gətirmişdir və bu fəaliyyətlə məşğul olmaq üçün müvafiq orqanlara müraciət etmişdir. Yoxlama aparılarkən və protokol tərtib edilərkən o həmin ünvanda olmamışdır. Həmin vaxt həmin ünvanda müvafiq tələblərə və meyarlara uyğun olması üçün təmir işləri aparılırlı. Bundan əlavə o özəl tibbi fəaliyyətlə məşğul olmur, sadəcə fiziki şəxs kimi kosmetik xidmətlər göstərmək istəyir ki, bu fəaliyyət də tibbi fəaliyyət hesab olunmur, bu səbəbdən də onun fəaliyyəti üçün Səhiyyə Nazirliyindən lisenziya tələb olunmur. Qərar tərtib edilərkon ona nə sübutlar təqdim olunub, nə də müdafiə hüququ təmin olunub. Əlavə olaraq onu da bildirir ki, Lazer aparatını işlətmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə AR SN-nin Sərəncamı arasında ziddiyyət var və üstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı hələ də qüvvədədir. Barəsində tərtib edilən Protokolda cərimənin məbləği də yazılmayıb. Bu hallar bir daha göstərir ki, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən Bakı şəhərində tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarının qanun pozuntusuna yol verilməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Beləliklə, qeyd olunan İnzibati Protokolda onun İnzibati Xətalar Məcəlləsinə əsasən 210.1-ci maddəsi ilə törətmiş olduğu bu xətanın mahiyyəti, həmin xətava görə məsuliyyəti qeyd edilməmiş, xətaya görə bu məsulivyətin nədən ibarət olması va manim taqsirimin nadan ibarat olmasi gostarilmams, eyni zamanda məsuliyyəti, hər hansı dəlillə sübut olunmamışdır. Digər tərəfdən Protokol həmin günü tərtib edilərək ona verilməli olduğu halda verilməmişdir ki, bu hallar da kobud qanun pozuntularıdır. Qeyd olunan normaların birgə təhlilindən çıxan nəticə ondan ibarətdir ki, o inzibati xəta törədilməsində təqsirli hesab edilmir və onun təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmir və bu səbəbdən də o təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb oİunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan əlavə barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 PHŞ X9 mütəxəssisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 12:45-də tərtib edilmiş Protokol və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən Bakı şəhərində tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar tərtib edilərkən iş üzrə icraat aparılan şəxs kimi onun fərdi identifikasiya nömrəsi qeyd etməməklə AR İXM-nin 100.1.3-cü, inzibati xətanın törədildiyi vaxtı (saatı) qeyd etməməklə AR İXM-nin 100.1.4-cü qeyd etməməklə inzibati xəta törədilməməsini təsdiqləyir. Odur ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə barəsində qərar qəbul edilmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti, X12 qərarı və əlavə edilmiş sənədləri, İnzibati xəta törətmiş şəxsin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X12 qərar ləğv edilməli və X12 iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan 07 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında X7 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət (kosmetoloji-lazer epilyasiyası) göstərilməsi faktı aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, 3-28/2-Ə-19-8369/2025 saylı məktubdan görünür ki, X6 X12 protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbehvermə haqqında 07 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərar çıxarılmışdır. İşdə olan 03 oktyabr 2025-ci il tarixli, MN ******* saylı X12 protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X3” PHŞ X9 mütəxəssisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə 12:45-də AZ 4500, ünvan 1 ünvanında fərdi sahibkar X2 lisenziya olmadan praktik tibbi fəaliyyəti ilə məşğul olması (kosmetoloji-lazer epilyasiya) faktı plandankənar yoxlama zamanı aşkarlanmışdır. İşdə olan Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN**********) şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixində uçota alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə X6 məxsusdur. İşdə olan "xxxx" Klinikası tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, X7 05 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-dən Vaneva cihazını əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X12 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X12 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən X12 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X12 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X12 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan X12 protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma inzibati xəta tərkibi yaradır. İş materiallarından və izahatdan da göründüyü kimi X7 lazer epillyasiya fəaliyyəti ilə məşğuldur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısından görünür ki, Özəl tibb fəaliyyəti göstərilən xidmətlər və Özəl tibb fəaliyyəti göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısında lazer epillyasiya fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın alınmasına dair hər hansı bənd yoxdur və ya hər hansı qeyd göstərilməmişdir. Həmin Qərarın 2.13.2-ci bəndində kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziyanın tələb olunduğu göstərilsə də, barəsində X12 iş üzrə icraat aparılan şəxsin göstərdiyi Lazer Epillyasiya xidmətinin həmin fəaliyyət növünə aid olduğu əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X12 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və X12 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 şikayəti qismən təmin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X12 iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X12 iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-749/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-749/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver