Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-75/2024 15.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair M-5, Yevlax-Zaqatala-Gürcüstan yolu 32 km-Ay Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli EQ 19048937 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: M-5, Yevlax-Zaqatala-Gürcüstan yolu 32 km-Ay Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli EQ 19048937 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 270 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 M-5, Yevlax-Zaqatala-Gürcüstan yolu 32 km-Ay Patrul Xidmətinin (Şəki Şəhər Polis şöbəsinin) tərtib edildiyi xx.xx.2024-cü il tarixli EQ 19048937 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə iclasında X2 ərizə verərək şikayətin baxılmadan qaytarılmasını xahiş etdi. Şikayət verən X1 ərizəsi nəzərə alınmalı, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-133-cü maddələrini rəhbər tutub Qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair M-5, Yevlax-Zaqatala-Gürcüstan yolu 32 km-Ay Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli EQ 19048937 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-75/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-75/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver