Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-750/2020 10.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməməyərək qərarı icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclası zamanı göstərdi ki, hazırda həmin cərimələri ödəmişdir. Odur ki, barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarların icrasına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün qərarın icraatına xitam verilməlidir. Belə ki, işdə olan DİN-in DYP WEB Portalından çıxarışdan və inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi əsasında EQ ******* saylı və həmin maddə əsasında EQ3594287 saylı protokollar tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2020-ci il tarixli qərarla 20 manat və xx.xx.2020-ci il tarixli qərarla 20 manat inzibati cərimə edilmişdir. Sözügedən cərimələrə əlavə olaraq ayrıayrılıqda 12 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Şəxs sözügedən cərimələri Azərbaycan Respublikası DİN-in Baş Dövlət X1 hesabına ödəmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxsin inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 446-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə Şəxs barəsində EQ ******* və EQ ******* saylı protokollar əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli EQ3594287 nömrəli qərarların icrasına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-750/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-750/2020
10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver