Məhkəmə qərarları › İş №3(051)-750/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-750/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-750/2022 12.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X1 Xidmətinin Yevlax Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: X1 Xidmətinin Yevlax Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* №li protokoldan görünür ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 12:05-də Mingəçevir şəhərinin Xaldan istiqamətindən giriş qapısında reyd zamanı idarə etdiyi “Opel” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Şəxs qanunvericiliklə nəzərdə tutulmuş sənədləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X1 Xidmətinin Yevlax Regional şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar