Məhkəmə qərarları › İş №3(051)-750/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-750/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-750/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Borclu: Şəxs, Tələbkar: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-178/2025 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-178/2025 saylı qanuni qüvvəyə minmiş icra sənədinə əsasən, 312 qram çəkidə qızıllar və 36307,33 manat pul borcludan alınıb, X1na verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Ona dəfələrlə inzibati xəbərdarlıq olunmuş, izahatı alınmış, borcun ödənilməsini könüllü icra etməsi tələb olmuşdur. Göstərilənlərə əsasən borclu şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, onun bundan başqa 4 kredit borcu vardır. Bununla belə, özü işləyir. Barəsində məhkəmə qərarları əsasında tələb onun əmək haqqına yönəlmişdir. Ailədə dörd nəfərdən ibarətdirlər. Lakin onun adına daşınar və ya daşınmaz əmlak yoxdur. Məhkəmə qərarı ilə borcdan tutulmalar onun əmək haqqına yönəlmişdir. Belə ki, həmin borcdan ödəniş edə bilmir. Odur ki, məhkəmədən onun barəsində daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, borcunun ödənilməsini tələb edir. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınıb borclunun barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-178/2025 saylı qanuni qüvvəyə minmiş icra sənədinə əsasən, 312 qram çəkidə qızıllar və 36307,33 manat pul borclu X6 və Şəxs alınıb, tələbkar Zərərçəkmiş şəxs verilməli olduğundan, borclu icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini icra etməmiş və onun barəsində AR İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-178/2025 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş və cavabdeh X6 və Şəxs 312 qram çəkidə olan qızılların alınıb iddiaçıya verilməsi və həmin qızılların girovdan çıxarılması üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 36109 manat pul borclulardan müştərək qaydada alınıb həmçinin ödənilmiş 198,33 manat dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-178/2025 saylı icra sənədi üzrə icraata başlamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-178/2025 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş pul öhdəliyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar olmadığından, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar