Məhkəmə qərarları › İş №3(051)-751/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-751/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-751/2023 26.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxsnun barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radədəlrində Sima İsgərdərova digər gəlini Şəxs ilə birlikdə Sima İsgərdərovanın işlədiyi Mingəçevir şəhəri M.Maqomayev prospektində yekrləşən meyvəz-tərəvəz satdığı mağazada olan zaman şəxs münasibətlər zəminində Ülkər Əsədova mağazaya daxil olan zaman tərəflərin arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Sima İsgərdərova və Şəxs ilə Ülkər Əsədova bir-birinə qarşı nalayiq ifadələr işlədərək, qarşılınqlı olaraq, bir-birilərinin bədənlərinin müxtəlif nahiyələrinə fiziki güc tətbiq edərək, bir-birilərini döymüşlər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, İnzibati xəta haqqında materiala məhkəmə iclasında baxarkən müəyyən olundu ki, inzibati xəta haqqında protkol tərtib edilməsi üçün əsas olan «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nın təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü l tarixli 6(050)-9/2023 saylı qərarı ilə ləğv edilmiş və material tam və hərtərəfli araşdırılması üçün Mingəçevir şəhər PŞ-nə göndərilmiş, inzibati xəta haqqında protkol tərtil edilməsi üçün əsas olan «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nn təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü l tarixli 6(050)-9/2023 saylı qərarı ilə ləğv edildiyi üçün inzibati xəxa haqqında protokol natamam sayılaraq və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-508/2023 saylı qərarı ilə geri qaytarılmışdır. Lakin, buna baxmayaraq, yenidən inzibati xəta haqqında protkol tərtib edilməsi üçün əsas olan ləğv edilmiş «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nın təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarını əsas tuturaq köhnə tarixə protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ləğv edilmiş qərara əsaslanılmasına görə xitam verilməlidir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmişMingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(051)-9/2023 saylı qərarından görünür ki, «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nın təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında protokolun geri qaytarılması haqqında qərardaddan görünür ki, «cinayət iş başlanılmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər PŞ-nin TB-nın təhqiqatçısının 16 may 2023-cü il tarixli qərarı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü l tarixli 6(050)-9/2023 saylı qərarı ilə ləğv edildiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında 02 iyun 2023-cü il tarixli, MN № ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Mingəçevir ŞPŞ-nə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokol qanuna zidd olaraq tərtib edilmişdir. Belə ki, inzibati araşdırma aparmış vəzifəli şəxs məhkəmə tərəfindən ləğv edilmiş, qanuni qüvvəsi olmayan qərar əsasında köhnə tarixə inzibati protokol tərtib etmişdir Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əməldə izibati xəta tərkibinin olmaması əsasları ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–cı maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına inzbati xəta tərkbi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar