Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-751/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenant X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrinin tələblərinin pozulması ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətindən daxil olmuş məlumata əsasən Sahil parkında olan zaman səs-küy salaraq ictimai qaydanı pozmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gətirilmiş və aidiyyəti üzrə tədbir görülən zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispeanserində müayinə olunarkən narkotik vasitə - marixuana aşkar edilmişdir. Məhkəmədə Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 bildirdi ki, icraatına Mingəçevir şəhər CAB-nin əməliyyat müvəkkillərinin raportu daxil olmuşdur. Həmin raporta əsasən xx.xx.2025-ci il tarixdə saat 19:05 radələrində DİN-in 102 xidmətinə vətəndaş X3 müraciət edərək, Mingəçevir şəhər Sahil parkında yerləşən “Elit” restoranının qarşısında bir nəfər şəxslə münaqişə etməsini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ora yaxınlaşan zaman Şəxs səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozduğu müəyyən edilmiş, nizam-intizama dəvət edilsə də polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Mingəçevir ŞPŞ-də aparılmış narkoloji müayinə zamanı narkotik vasitədən istifadə olunması müəyyən edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispeanserindən müvafiq rəy alınmışdır. Bununla bağlı Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, Mingəçevir şəhərində yaşayır. O, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 19:05 radələrində radələrində Mingəçevir şəhəri, Sahil parkında olarkən telefonda danışan zaman əsəbiləşərək səs-küy salmış, bir nəfər şəxs ona bu barədə irad bildirdiyi zaman onunla münaqişə yaratmış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozmasını bildirib, polis şöbəsinə dəvət etsələr də narkotik vasitənin təsirində olduğundan onların tələblərinə tabe olmamış və sonra polis şöbəsinə gətirilmişdir. Aidiyyəti üzrə narkoloji müayinədən keçən zaman narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı uşağı var. Barəsində müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz izahatında bildirdi ki, Mingəçevir şəhər Sahil parkında yerləşən “Elit” restoranını işlədir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında tanımadığı bir nəfər şəxs həmin restoranın qarşısında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ona yaxınlaşaraq bu barədə öz iradını bildirmiş, lakin adı sonradan ona məlum olan Şəxs onunla da münaqişə yaratmağa başlamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq polisin yaxınlaşmasını istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər Sahil parkında xidmətdə olan zaman polis şöbəsindən bir nəfər şəxsin müraciət etdiyi və polisin yaxınlaşmasını istədiyi onlara bildirilmişdir. Bundan sonra Mingəçevir şəhər Sahil parkında yerləşən “Elit” restoranının qarşısına yaxınlaşdıqda bir nəfər şəxsin səs-küy saldığını aşkar etmiş və ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxsi polis şöbəsinə gətirmişlər və onun Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 da digər şahid Dilqəm Məmmədov ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN № ******* saylı, xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında” protokoldan görünür ki, şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 1328 №li “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan Opidən (cocos) istifadə etməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 1670 №li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, inzibati xəta törətməkdə təqsirli bilinən Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli 5273 №li raportdan görünür ki, 2xx.xx.2025-ci il tarixdə saat 18:57 radələrində vətəndaş X3 DİN-in 102 xidmətinə zəng edərək Mingəçevir şəhər Sahil parkında münaqişə olduğunu bildirmiş, polisin yaxınlaşmasını istəmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən Şəxs İntiqam oğlunun himayəsində xx.xx.2020-cü il təvəllüdlü Nərmin və xx.xx.2018-cü il təvəllüdlü Tofiq adlı uşaqları vardır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-499/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 manat məbləğində inzibati cərimə edilmişdir. Tətbiq edilən hüquq Polis haqqında Azərbaycan Respublikasının Qanunununa görə Maddə 3. Polis təyinatı və əsas vəzifələri İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;... Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir;
510. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun qərarı
2. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə cəlb olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etiraf edərək əməlindən peşman olması, himayəsində iki azyaşlı övladının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu, inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olaraq nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:50-dən hesablansın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispenserdə qeydiyyata alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Güləndam Quliyeva