Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-752/2022 30.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda doğulmuş, Yevlax rayonu Havarlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X1 Xidmətinin Yevlax Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində Mingəçevir şəhərində reyd zamanı “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomaşını idarə edərkən tələb olunan qanunla nəzərdə tutulmuş sənədləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X1 Xidmətinin Yevlax Regional şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Şəxs oğlunun şəxsiyyətini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-752/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-752/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver