Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-753/2022 28.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Mersedes Benz E230” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin S.Mehmandarov küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində yolun sağ kənarında olan “Yol Ver” nişanının tələblərinə əməl etməyərək gözləmədən yol ayrıcına daxil olmuş, bu zaman sağ tərəfindən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq N.Nərimanov küçəsi ilə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdu. Hadisə vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərər vursa da sağlamlığına zərər vurmamışdır. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 594 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarət:-sol dirsək oynağında yara qərarda göstərilən xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində göstərilir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət yaranır. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində isə Zərərçəkmiş şəxs sol dirsək oynağındakı yaranın qərarda göstərilən xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ biləcəyi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olduğu, həmçinin sağlamlığa zərər vurmadıqları üçün dərəcələrinin təyin olunmaması qeyd olunmuşdur. Lakin ekspert rəyində olan ziddiyyət araşdırılmadan, aradan qaldırılmadan İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərar qəbul edilir. Hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə tərtib edilmiş İXP ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-753/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-753/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver