Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-753/2023 26.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Mingəçevir şəhər Statistika İdarəsində Dövlət Qulluqçusu-aparıcı məsləhətçi vəzifəsində işləyən, Ağdam rayonu, Mərzili ərazi dairəsi, Mərzili kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, 3 saylı qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023–cü il tarixdə gecə radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, xx.xx.2023–cü il tarixdə gecə 00:30-35 radələrində Tərminə Novruzova və Aysel Məmmədova ilə birlikdə ad günündən qayıdırdılar. Ona görə də biraz spirtli içki qəbul etmişdir. Yolu gülə-gülə söhbət edərək getdikləri üçün polis əməkdaşları onlara yaxınlaşaraq etdiyi əməlin qayda pozuntusu olduğunu bildirmiş, onu nizam-intizama dəvət etmişlər. Sonra polis əməkdaşları ona onlarla birlikdə maşına əyləşərək polis şöbəsinə getməli olmasını bildirmişlər. O da heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Hesab edir ki, onun küçədə iki nəfər tanışı ilə söhbət etməsi və gülməsi heç bir qayda pozuntusu yaratmamışdır. Ona görə də polis əməkdaşının tələbi qanuni olmamışdır. Ondan başqa, polis əməkdaşı tərəfindən onun Mingəçevir ŞPŞ-yə dəvət edilməsi və onun heç bir etiraz etmədən Polis ŞŞöbəsinə getməsi də özlüyündə həmin maddənin tərkibini yaratmır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPXB-nin polis nəfəri X2 ifadəsində göstərdi ki, xx.xx.2023–cü il tarixdə saat 01:35 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan səs-küy saldığını görmüşlər, həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət etdikdə, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz əməllərini davam etdirmişdir. Onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X1 ifadəsində göstərdi ki, xx.xx.2023– cü il tarixdə gecə 00:30-35 radələrində Şəxs və X3 ilə birlikdə ad günündən qayıdırdılar. Həmin vaxt yolu gülə-gülə söhbət edərək getdikləri üçün polis əməkdaşları onlara yaxınlaşmışlar. Şəxs qayda pozuntusu etdiyini bildirərək onu nizam-intizama dəvət edəndə polis əməkdaşları ilə Qalib arasında anlaşılmazlıq olmuşdur. Sonra polis əməkdaşları Şəxs onlarla birlikdə maşına əyləşərək polis şöbəsinə getməli olmasını bildirmişlər. Qalib də heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 da şahid X1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023–cü il tarixdə gecə radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:20-də müayinə olunmuş, müayinənin nəticəsinə görə o, yüngül dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:50-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış iltizamdan görünür ki, o, bu iltizamı vermişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09:00-da polis şöbəsinə gələcəkdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edər polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Belə ki, polis işçisi Şəxs onlarla birlikdə polis şöbəsinə getməsini bildirildikdə, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə onların xidməti maşına əyləşərək polis şöbəsinə getmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-753/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-753/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver