Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-754/2021 22.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxx 1987-ci il tarixdə Ağdam rayonu Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Şəxs şəhərin H.Əliyev prospektində ucadan səs-küy salıb, söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, 21 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində, tanışları Vüsal və Yaşarla birlikdə Mingəçevir şəhəri Samux küçəsində yerləşən «Xan bağı» restoranında yemək yeyən zaman spirtli içki qəbul etmişlər. Sonra isə Vüsala məxsus avtomaşına əyləşib evə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Maşını duracağa yerləşdirdikdən sonra piyada evə yollanmışlar. Həmin vaxt sərxoş olduğu üçün H.Əliyev prospekti 50 saylı binanın arxasındakı avtobus dayanacağının şüşəsini daşla vurub sındırmış, ucadan səs-küy salaraq, ünvansız nalayiq sözlər işlətmişdir. Bunu görüb onlara yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Rusif Babayev ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin PPXB-nin taqım komandiri vəzifəsində işləyir. 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində xidmət etdiyi ərazidə olduqları zaman şəhərin H.Əliyev prospekti 50 saylı binanın arxasında yerləşən avtobus dayanacağının şüşəsinin bir nəfər tərəfindən daşla sındırıldığını, iki nəfər şəxsin isə onun yanında olduğunu görüb, polis nəfəri Sənan Süleymanlı ilə birlikdə onlara yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşıb, onları intizama dəvət etsələrdə, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hüquqazidd hərəkətlərini davam etdirmişlər. Bununla bağlı onların barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sənan Süleymanlı ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində xidmət etdiyi ərazidə bir nəfər şəxsin şəhərin H.Əliyev prospekti 50 saylı binanın arxasında yerləşən avtobus dayanacağının şüşəsinin daşla sındırdığını, yanındakı iki nəfər şəxslə birlikdə ucadan səs-küy salıb söyüş söydüklərini görmüşlər. Polis əməkdaşı Rusif Babayevlə birlikdə onlara yaxınlaşıb intizama dəvət etsələrdə, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hüquqazidd hərəkətlərini davam etdirmişlər. Bununla bağlı onlar polis şöbəsinə gətirilərək barələrində inzibat xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 03:40-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli, 402 saylı, sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində şəhərin H.Əliyev prospektində ucadan səs-küy salıb, ünvansız söyüşlər söyərək ictimai qaydanı pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs oğlunun təqsirinin dərəcəsini və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 22 sentyabr 2021–ci il tarixdən saat 03:40-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-754/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-754/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver