Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-754/2023 26.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs: X5, Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda doğulmuş, subay, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev 52A yaşayan Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “555” adlı kafenin qarşısında X4 döymüşdür. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 protokola uyğun izahat verdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, Nicatın onun Sənanla münasibət quracağı təqdirdə onda olan fotoşəkillərini yayacağını deyərək onun hədələdiyini, ona görə də Sənanla münasibətinin başa çatdığını, Nicatın onu 2022-ci ildə telefonla mesaj yazaraq hədələdiyini, həmin mesajları isə sildiyini, həmin vaxtdan sonra Nicatla münasibətləri davam etdiyi üçün hədələmə barədə rəsmi müraciət etmədiyini, xx.xx.2023-cü il tarixdə hadisə zamanı Ceyhunun onun qollarından tutub sıxdığını, Nicatın isə onun sağ əlindən tutub sıxdığını və onun sağ ayağına bir dəfə təpik zərbəsi vurduğunu, hadisə zamanı Nicatın ona əl-qol atdığı üçün özünün də Nicata əl-qol atdığını, ola bilsin ki, əlinin Nicatın bədəninin hansısa nahiyyəsinə dəydiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, Güləri heç bir formada hədələmədiyini, sadəcə olaraq ondan ayrılmaması üçün Gülərin onun üzərinə şər atdığını, xx.xx.2023-cü il tarixdə Güləri döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, əksinə Gülərin onu cırmaqlayıb ona xəsarət yetirdiyini, Ceyhunun da Güləri döymədiyini, həm özünün, həm də qardaşlarının Güləri sakitləşdirməyə çalışdıqlarını, Gülərin pul almaq üçün onların üzərinə qardaşlarının Gülərin mobil telefonunu sındırmadıqlarını, Gülərin pul almaq uçun onların üzərinə şər atdığını bildirmişdir. Bununla belə hazırda Şəxs ilə barışmışdır. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 471 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sağ bazunun orta 1/3-nin yan səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXMin 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq məhkəmə hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X5 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130-cu maddələrini rəhbər tutub Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-754/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-754/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver