Məhkəmə qərarları › İş №3(051)-755/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-755/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-755/2021 22.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi X12 katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X7 İcra sənədi üzrə borclu: Şəxs 02 avqust 1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X6 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X6 və 28 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X4 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Şəxsun hazırki vaxta olan aliment borcu 720 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə ondan 16 sentyabr 2011-ci il təvəllüdlü qızı Cəmilə, 09 may 2013-cü il təvəllüdlü qızı İnci və 28 may 2014-cü il təvəllüdlü oğlu Emilin saxlanması üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X4 verilməsi qət edilmişdir. X5 aralarında olan mübahisə məhkəmədə həll olunanadək müvəqqəti alimentin tutulması qərara alınmış, bundan sonra o, Bakı Şəhər Nizami Rayon Məhkəməsində uşaq tələbinə dair iddia qaldırmışdır. Hazırda mülki iş üzrə icraat rəy verilməsi üçün dayandırılmışdır. Bundan əlavə o, müvəqqəti alimentin tutulması haqqında qərardaddan şikayət vermişdir. Ona görə də, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X6 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X4 verilməsi qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Eləcə də, icra sənədi 06 avqust 2021-ci il tarix müvəqqəti qərardad şəklində çıxarılmış və 30.08.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmişdir. Bundan əlavə borclu uşaq tələbinə dair iddia qaldırmışdır. Bununla belə borcluya tələbin könüllü icrası haqqında bildiriş 14.09.2021-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi borclunun icra sənədini icra etməkdən qərəzli boyun qaçırması və icra məmurunun qanuni tələblərinə əməl etməməsi ilə bağlıinzibati xəta haqqında protokolda istinad olunan dəlillər işin həqiqi hallarına uyğun deyildir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar