Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-757/2023 27.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, M.ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1 və 206-cı maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində ünvansız nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qərəzli hərəkətlər edərək öz hərəkətlərini davam etdirmişdir, xx.xx.2023-cü il tarxidə Mingəçecvir şəhər Narkoloji Dispanserdə üzərində aparılan tibbi müayinə nəticəsində onun Mingəçevir şəhərində qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1 və 206–cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhərində, M.Maqomayev küçəsində yerləşən Nərgiz Klinikasının yaxınlığında ünvansız söyüşlər söyən zaman, polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edib onu nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Orada yoxlama zamanı onun narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. O, narkotik maddə olan (kakos) heroin istifadəçisidir, istifadə etdiyi narkotik vasitəni yaşadığı evin yaxınlığından tapmışdır. Bununla belə hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhərində, M.Maqomayev küçəsində xidmətdə olarkən bir nəfər şəxsin yaşayış binasının qarşısında ünvansız nalayiq söyüşlər söydüyünü görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, qərəzli şəkildə öz əməllərini davam etdirmişdir. Onlar həmin şəxsi Mingəçevir ŞPŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru X1 da şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində ünvansız nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qərəzli hərəkətlər edərək öz hərəkətlərini davam etdirmişdir, narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2023-cü il tarixli 1015 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsində yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 1622 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində ünvansız nalayiq söyüşlər söyməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qərəzli hərəkətlər edərək öz hərəkətlərini davam etdirməklə, həmçinin qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206–cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alaraq, hesab edir ki, Şəxs İXM-in 535.1 və 206-cı maddələri təqsirli bilinməli, lakin həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyindən, onun barəsində narkomaniyadan müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-757/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-757/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver