Məhkəmə qərarları › İş №3(051)-758/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-758/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-758/2021 24.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Tələbkar: X2 etibarnamə üzrə nümayəndəsi X5, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyat olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan əmlak və ya onun dəyərinin alınmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq, qətnamədə qeyd olunan əşyalar və onun dəyərinin ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən beş adda qızıl-zinət əşyaları və ya qətnamə icra olunan vaxt qeyd edilən əşyalar mövcud olmazsa onların dəyəri cavabdehlər Şəxs və X1 alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs hazırki vaxta olan borcu 3360 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X2 etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərdi ki, borclu Şəxsla qətnamədə qeyd olunan qızıl-zinət əşyalarının dəyərini könüllü ödəmək üçün razılığa gəlsələr də, Şəxs borcunu ödəməkdən yayınmışdır. Hazırda Şəxs qətnamədə qeyd olunan əmlaklar üzrə 3360 manat borcu vardır. Bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Halbuki, borclu ilə hər ay 200 manat ödənilməsi ilə bağlı borclu həmin borcdan 200 manatını ödəyir. O da borclu ilə razılaşmışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən beş adda qızıl-zinət əşyaları və ya qətnamə icra olunan vaxt qeyd edilən əşyalar mövcud olmazsa, onların dəyəri ondan və X1 alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Hazırda işləmir, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 1) əyarı 583, çəkisi 8 qram, dəyəri 1050 manat olan Rusiya istehsalı qızıl sep klon ilə birlikdə, 2) əyarı 583, çəkisi 8 qram, dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün qızıl üzük, 3) əyarı 5, çəkisi 5 qram, dəyəri 350 manat olan Rusiya istehsalı kişi üçün qızıl üzük, 4) əyarı 583 çəkisi 22 qram, dəyəri 1760 manat olan qadın üçün dəst komplekt (sep, üzük, sırğa, qolbağ, brilyant qaşlarla) 5) əyarı 583, çəkisi çəkisi 8 qram dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün brilyant qaşlarla qızıl nişan üzüyü və ya qətnamə icra olunan vaxt qeyd edilən əşyalar mövcud olmazsa onların dəyəri cavabdehlər Şəxs və X1 alınıb iddiaçı X4 verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlər Şəxs və X1 alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İşdə olan və tələbkar X2 etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən yazılmış qəbzdən görünür ki, Şəxs borcundan ona 200 (iki yüz) manat pul ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu qətnamə üzrə borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borcunun bir qismini ödəmişdir. Tələbkar da onunla razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar