Məhkəmə qərarları › İş №3(051)-76/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-76/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-76/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə borclu: Şəxs, İcra sənədi üzrə tələbkar: X3 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cÜ il tarixli 2(051)-332/2013 saylı icra vərəqəsi üzrə yaranmış 16240 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-358/2023 saylı qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 12 gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra borclu sözügedən xətanı 1 il ərzində yenidən törətmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, borclu Şəxs aliment borcunu ödəməkdən boyun qaçırmaqla İXM-nin 528.1-ci maddəsində nzərədə tutulmuş inzibati məsuliyyətə cəlb edilmiş və 12 gün inzibati həbs edilmişdir. Eyni əməli 1 il ərzində yenidən törətməklə şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmşdir. Şəxsin hazırda aliment borcu 16240 manat təşkil etsə də, borclu bugünədək həmin borcdan ödənişlər etməmişdir. Lakin tələbkarla aralarında razılığa gəliblər. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsinə əsas yaranmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(051)-332/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2004-cü il tarixdə doğulmuş Metin adlı və xx.xx.2005-ci il tarixdə doğulmuş Rəqsanə adlı uşaqların saxlanması üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin hər ay ondan alınıb tələbkara verilməsi qət edilmişdir. İşsizliyi ilə əlaqədar alimenti ödəyə bilməmişdir. Hazırki vaxtda aliment borcu ödənilməmiş qalmışdır. Borcunu az vaxt ərzində ödəyəcəkdir. Tələbkarla aralarında razılığa gəliblər. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasını zamanı borclu ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(051)-332/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2004-cü il tarixdə doğulmuş Metin adlı və xx.xx.2005-ci il tarixdə doğulmuş Rəqsanə adlı uşaqların saxlanması üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin hər ay Şəxs alınıb X4 verilməsi qət edilmişdi. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-358/2023 saylı qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 12 gün müddətinə inzibati həbs olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(051)-332/2013 saylı icra vərəqi üzrə yaranmış 16240 manat məbləğində aliment borcu Şəxs tərəfindən 1 il ərzində yenidən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 29 mart 2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X5 27 mart 2013-cü il tarixdə icraata daxil olmuş Mingəçevir şəhər məhkəməsinin Mingəçevir şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(051)-332/2013 saylı icra vərəqi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşdə olan 22 iyun 2017-ci il tarixli borclu barəsində dövlətlərarası axtarışın elan edilməsi haqqında qərardan görünür ki, borclu Şəxs barəsində dövlətlərarası axtarış elan edilmişdir. Beləliklə, borclunun izahatı, tələbkarın ərizəsini, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, onun maddi vəziyyətinin ağır olması səbəbindən borcunu ödəyə bilməmişdir. O, icra məmurunun tələbinə tabesizlik göstərməmiş və borcunu ödəməkdən boyun qaçırmamış və borcun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu X3 icra sənədi üzrə tələbkar ilə razılıq əldə etməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar