Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-76/2025 14.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-778/2021 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat və uşaq 3 yaşına çatanadək 50 manat alimentin borcludan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilmişdir. Borclunun bu günə 10400 manat aliment borcu vardır. Qeyd olunan qətnamə icraya yönəldilməmişdir. Hazırki protokolla məhkəməyə müraciət etmişdir. Protokolun dəlillərini müdafiə edir və inzibati xəta törədən şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-778/2021 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat və uşaq 3 yaşına çatanadək 50 manat alimentin borcludan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilmişdir. Əvvəllər hərbi qulluqçu olduğu zaman aliment ödənişi etdiyini, lakin işdən çıxdıqdan sonra maddi imkanı olmadığından ödəniş edə bilmədiyini, hissə-hissə yaranmış borcundan ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilmiş, borcludan həmin vaxtdan bəri yaranmış 10040 manat aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Əks halda borcluya qanuni tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, materiala əlavə edilmiş N saylı hərbi hissə maliyyə xidməti tərəfindən tərtib olunmuş cədvəldən görünür ki, borclu Şəxsun 2023-2024-cü illər ərzində əmək haqqından 17355 manat alimentə tutulmalar olmuşdur. Eyni zamanda icra məmuru bildirmişdir ki, göstərilən tutulmalar 3 uşağa görə olan alimentdir. Sonuncu uşaqla bağlı qanuni qüvvəyə minmiş qətnamə icraya yönəldilməmişdir. Qeyd olunan məktubda həmin tutulmaların hansı qətnaməyə görə olduğu müəyyən edilmir. Beləliklə inzibati xətanın törədilməsinə dair icraya yönəldilmiş qətnaməyə dair işə sübutlar əlavə edilməmişdir. Həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında toplanmış material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-76/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-76/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver