Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-760/2021 18.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 19.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 19.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 19.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin 19 avqust 2021-ci il tarixli MN ******* saylı qərarına əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Səhiyyə nazirinin müavini inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tam araşdırmamış, əhəmiyyət verməmiş, bu səbəbdən də qanunsuz qərar qəbul etmişdir. Onun əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Belə ki, həmin qərarda onun ünvan 1 ünvanda yerləşən stomatoloji kabinetdə 05 avqust 2021-ci il tarixdə, saat 10:50 radələrində keçirilən plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb (stomatolgiya) fəaliyyəti ilə məşğul olması faktının aşkarlandığı göstərilmişdir. O, bununla qəti şəkildə razı deyil. Belə ki. ünvan 2 ünvanda yerləşən kabineti ondan əvvəl başqa şəxs icarəyə götürüb işlətmişdir. 2021-ci ilin avqust ayından isə qeyd olunan kabineti o, icarəyə götürmüşdür. 05 avqust 2021-ci il tarixdə o həmin kabinetə tibbi avadanlıqlar yerləşdirmiş və orada təmir işləri aparmağa başlamışdır. O, həmçinin həkim stomatoloq olmadığını qeyd edir. O, diş texniki kimi fəaliyyət göstərmək istəmişdir. Həmin vaxt Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 əməkdaşları otağa daxil olmuşlar. Bu zaman o, ümumiyyətlə tibbi fəaliyyətilə məşğul olmamışdır. Həmin vaxt orada təmir işləri aparılmış və tibbi avadanlıqlar yerləşdirilmişdir. Bundan başqa heç bir iş görülməmişdir. Bunu həmin vaxt otaqda təmir işləri aparan usta da təsdiq edə bilər. Həmin vaxt Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 əməkdaşları bunun şahidi olmuşlar və onlar da otaqda ustanın işlədiyini görmüşlər. Buna baxmayaraq, X3 əməkdaşları ona qarşı qərəzli mövqe tutaraq, barəsində əsassız protokol tərtib etmişlər və bunun da əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini 19 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əgər o, 05.08.2021-ci il tarixdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdursa, bu zanman inzibati xəta haqqında protokolda tibbi yardım göstərdiyi şəxsin adı qeyd edilməli idi. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 19.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X8 şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, vəzifəli şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 19.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verimiş şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 19.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 05.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanmış və barəsində İXM-inin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********4 saylı arayışdan görünür ki, X1 şəhəri, Nizami küçəsi, ev 3 ünvanında yerləşən təsərrüfat subyektinin olduğu yer üzrə 31.05.2021-ci il tarixdə uçota alınmışdır. İşdə olan X8 ilə X9 arasında bağlanmış 31.05.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarədar X9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini diş texniki kimi fəaliyyət göstərməsi üçün X6 icarəyə vermişdir. İşdə olan AR ƏMDK yanında DƏDRX-in RX ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X7 xüsusi mülkiyyətindədir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi X8 barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. X8 orada stomatoloji fəaliyyətlə məşğul olması və qazanc götürməyi barədə hər hansı bir sübutun olmadığını bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. X2 inzibati xətanın törədildiyi tarixdə qeyd olunan stamataloji kabinetdə təmir işlərinin aparılmasını, həmin vaxt faktiki fəaliyyət göstərməməsini, onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi vəzifəli şəxs olmasını istisna edən hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun qanunsuz tibbi fəaliyyətlə məşğul olmasını təsdiq etmişdir. Belə ki, X5 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlaması, 31.05.2021-ci il tarixdən təsərrüfat subyekti kimi həmin ünvanda uçota alınması və vergi ödəyicisi olmas, onun özəl tibbi fəaliyyətlə məşğul olmadığı ilə bağlı istinad etdiyi təkzib təkzib edir. Ona görə də X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında verilmiş qərar qanuni və əsaslıdır. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X5 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin, X5 Azərbaycan Respublikası İXM–nin 210.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 19.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X5 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 19.08.2021–ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-760/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-760/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver