Məhkəmə qərarları › İş №3(051)-760/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-760/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-760/2025 23.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis leytenantı X5, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: X4 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində X6 ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı X1 Səbinə Pərviz qızını döymüşdür. Mingəçevir Şəhər Polis Şöbəsinin polis leytenantı X7 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X6 ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı X1 Səbinə Pərviz qızını döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X6 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Eyni zamanda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə X6 ilə arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı X6 onu vuraraq döymüşdür. Bununla belə hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, məhkəmədən X6 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsində (kənd Mingəçevir) xx.xx.2025ci il tarixdə saat 13:00 radələrində şəxsi münasibətlər zəmnində əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs döymüşdür. İşdə olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh verilməsi məhkəmə orqanının səlahiyyətlərinə aid olduğundan Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. işdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən, Şəxs əməli inzibati hüquqpozma sayıldığından onun barəsində inzibati qaydada tədbir görüməsi üçün qərarın surətinin üçün aidiyyəti üzrə verilməsi qərara alınmışdır. İşdə olan Məhkəmə-tibbi ekspertiza və X8 X11 tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli, 386 №li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol əlin dördüncü barmağının dırnaq sədəfinin uc hissəsində dırnaq mayasında yara, sol sifətində, sol əlində qançırlar küt alətin (əşyanın) təsirindən əmələ gəlmişlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri müəyyən edilmir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırılma aparılması qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X6 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla belə o, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.1.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X6 Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs hazırda X3 heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar