Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-761/2021 28.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: “X2” MMC-nin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə 03 iyul 2008-ci il tarixdə təsis edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən “X2” MMC-nin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 15.09.2021-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, hüquqi şəxs “X2” MMC tərəfindən işçilərin İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməməmişdir. Ona görə də “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2–ci maddəsi ilə 15.09.2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı “X2” MMC-nin nümayəndəsi (vəkil) Vəkil təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və göstərdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 15.09.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən “X2” MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən, təmsil etdiyi hüquqi şəxsin barəsində qanunsuz və əsassız olaraq İXM-nin 469.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs işi tam və hərtərfli araşdırmadan, yalnız vaxtı keçmiş məlumatlara istinad etməklə kifayətlənərək, təmsil etdiyi hüquqi şəxsin barəsində əsassız protoko tərtib etmişdir. Belə ki, təmsil etdiyi hüquqi şəxs ilə Paşa Həyat Sığorta arasında olan icbari sığorta müqaviləsi 19.04.2021-ci il tarixdə xitam edilsə də, 19.05.2021-ci il tarixdə təmsil etdiyi hüquqi şəxs "xxxx" ASC ilə yenidən icbari sığorta müqaviləsi bağlamışdır. Göründüyü kimi təmsil etdiyi hüquqi şəxs tərəfindən ona istinad olunan inzibati xəta törədilməmişdir. Odur ki, məhkəmədən təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, protokol tərtib etmiş vəzifəli şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə, protokol tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, həmçinin inzibati haqqında icraat materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan 15.09.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən “X2” MMC tərəfindən AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan İcbari Sığorta Bürosunun 29.06.2021-ci il tarixli **-DQ-***-21 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İcbari Sığorta Bürosu arasında 28.09.2018-ci il tarixdə bağlanmış əmək müqavilələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsi haqqında Razılaşmanın 2.4-cü bəndinə əsasən tələb olunan sorğuların elektron vasitələrlə ötürülməsi təmin edilmişdir. İşdə olan Paşa Həyat ASC tərəfindən tədqim edilmiş siyahı üzrə sığorta müqaviləsi bağlamayanların hesabatından görünür ki, “X2” MMC ilə Paşa Həyat Sığorta arasında bağlanmış icbari sığorta müqaviləsi 19.04.2021-ci il tarixdə xitam edilmişdir. İşdə olan 19.05.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilə”sindən görünür ki, “X2” MMC ilə "xxxx" ASC arasında icbari sığorta müqaviləsi bağlanmışdır. İşdə olan 19.05.2021-ci il tarixli müqaviləyə edilmiş əlavədən görünür ki, “X2” MMCdə çalışan işçilərlə icbari sığorta müqaviləsi bağlanmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin vəzifəli şəxsi inzibati xəta haqqında protokol tərtib edərkən, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən və işin düzgün həlli edilməsi üçün əhəmiyyəti olan halları müəyyən edən heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, əsasız olaraq “X2” MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, inzibati xəta haqqında olan protokolda “X2” MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi qeyd edilsə də, lakin iş materiallarına əlavə edilmiş 19.05.2021-ci il tarixli müqavilədən isə görünür ki, “X2” MMC ilə "xxxx" ASC arasında icbari sığorta müqaviləsi bağlanmışdır. Belə olan halda “X2” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, “X2” MMC-nin əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş “X2” MMCnin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi müəyyən olunmur. Bu hal isə hüquqi şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmadığı qənaətinə gəlməyə imkan verir. Ona görə də məhkəmə hesab edir ki, “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, “X2” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə “X2” MMC barəsində tərtib edilmiş 15.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə inzibati xəta haqqında protokola baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin vəzifəli şəxsi “X2” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, həmçinin inzibati xətanın onun tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələri nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokola işdə olan materiallar əsasında baxaraq, tərtib edilmiş protokolun qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, “X2” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 15.09.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin vəzifəli şəxsi tərəfindən 15.09.2021–ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-761/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-761/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver