Məhkəmə qərarları › İş №3(051)-761/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-761/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-761/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə xx.xx.1983–cü il tarixdə Qazax rayonu, Alpoud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-746/2018 saylı icra vərəqəsi üzrə yaranmış 4100 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-746/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş Aynaz və xx.xx.2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 4100 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, protokolun dəlillərini müdafiə etmiş və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı tələbkar X2 izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-746/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə doğulmuş Aynaz və xx.xx.2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin borcludan alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu ödənişi gecikdirmiş və nəticədə onun hazırkı vaxtadək 4100 manat məbləğində aliment borcu vardır. Bununla belə borclu Şəxs aliment borcundan 1900 manatını ödəmiş, qalan alimentin ödənilməsi üçün isə ona vaxt verilməsini xahiş etmişdir. Odur ki, aliment borcundan ödəniş edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-746/2018 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş Aynaz və xx.xx.2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin borcludan alınaraq ona verilməsi qət edilmişdir. Lakin işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Bununla belə borcunu ödəməkdən boyun qaçırmır və 1900 manat ödəniş etmişdir. Həmçinin ona vaxt verilsə qalan aliment borcu ödəyə bilər. Odur ki, qalan aliment borcunun ödənilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-746/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş Aynaz və xx.xx.2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-746/2018 saylı icra vərəqi üzrə yaranmış 4100 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan X2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən aliment borcundan 900 manat nağd, 1000 manat kart vasitəsi ilə olmaqla, cəmi 1900 manat ödəniş edilmişdir. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən 2200 manat qalıq aliment borcundan 2000 manat ödəniş edilmişdir. İşdə olan tələbkar X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən aliment borcundan müvafiq olaraq 2000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Tələbkarın və borclunun iştirak etdiklərini məhkəmə iclası zamanı verdikləri izahatları və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu aliment borcunu maddi vəziyyəti aşağı olduğundan ödəyə bilməmiş, hazırda isə aliment borcunu tam şəkildə ödəmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar