Məhkəmə qərarları › İş №3(051)-770/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-770/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-770/2021 05.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Müdafiəçi: Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 211.1 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 29.09.2021-ci il tarixdə saat 00:10 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Atmosfer” kafesində müştərilərə xidmət göstərərək karantin rejimi qaydalarını pozduğuna görə onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdəntabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 211.1ə 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və göstərdi ki, 28.09.2021-ci il tarixdə saat 22:00-dan sonra işlətdiyi “Atmosfer” kafesinə tanışları gəlmiş və onlarla birlikdə yemək yemiş, spritli içkilər qəbul etmiş və ünsiyyət qurmuşlar. Aralarındakı ünsiyyət uzun müddət davam etdiyindən və müəyyən qədər sərxoş olduqlarından onlar saatın 00:00-u keçdiyinin fərqinə varmamışlar. Sonradan təxminən saat 00:08 radələrində polis əməkdaşları gəlmiş və o karantin rejimi qaydalarında əməl etmədiyinə görə onun barəsində protokol tərtib etmişlər. O polislərə kafedə oturanların müştəri deyil, tanışları olduğunu söyləmişdir. Sonradan polis əməkdaşları ilə aralarında yüngül söz mübahisəsi olmuşdur. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. Odu ki, məhkəmədən yüngül cəza verilməsini xahiş edir. İşin materiallarında olan 29.09.2021-ci il tarixli, ******* №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29.09.2021-ci il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuşdur. İşin materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 29 sentyabr 2021-ci il tarixli, 428 №-li Protokolundan görünür ki, 1983-cü il təvəllüdlü Şəxs inzibati xətanı törətdiyi zaman yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş CD diskinə baxış keçirilən zaman müəyyən oldu ki, Cabbarov X1 şəhəri Təbriz küçəsində yerləşən “Atmosfer” kafesində müştərilərə xidmət göstərmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Atmosfer” kafesində müştərilərə xidmət göstərərək karantin rejimi qaydalarını pozmaqla və həmin vaxt onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, video çəkilişlə, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilir ki, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmçinin məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında verilmiş sorğuya gələn cavabdan aydın olur ki, Şəxs oğlunun VÖEN-in fəaliyyəti müvəqqəti dayandırılmışdır. Bu da ona dəlalət edir ki, Şəxs oğluna vəzifəli şəxs qismində deyil, fiziki şəxs qismində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş halda törətməsi isə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs oğlunun təqsirinin dərəcəsini və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar