Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-773/2021 11.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi X18 katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X6, İcra sənədi üzrə tələbkar: X3 , İcra sənədi üzrə borclu: Şəxs Abduləli oğlunun xx.xx.1970-ci il tarixdə Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, idman müəllimi işləyən, məhkum olunmamış, Mingəçevir şəhəri M.F.Axundov küçəsi ev 7, mənzil 6-da qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, Samux küçəsi ev 33-də yaşayan Şəxs Abduləli oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs Abduləli oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-304/2021 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan 2000 manat pulun verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcunun ödənişini tam və vaxtında etməmiş, bununla da əlavə xərcləri ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-304/2021 saylı icra sənədi ilə cavabdeh Şəxs Abduləli oğlundan 2000 manat məbləğində pulun alınıb tələbkar X7 və X4 verilməsi qət edilmişdir. Lakin Şəxs Abduləli oğluna dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu pulu ödəməkdə bəzi problemlər yaratmış, yəni tam və vaxtında ödəməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs Abduləli oğlunun hazırki vaxta olan borcu 2000 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X8 izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-304/2021 saylı icra sənədi ilə borclu Şəxs Abduləli oğlundan 2000 manat məbləğində pulun alınıb ona və X2 verilməsi qət edilmişdir. Lakin borcunu vaxtında ödəməmişdir. Hazırda isə borcundan 1000 manat məbləğində pul ödəmişdir. Qalan borcunu isə bir ay müddətinə ödəyəcəyini bildirmişdir. Onlar öz aralarında razılığa gəlmişlər. Məhkəmədən qərar çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs Abduləli oğlu izahatında göstərdi ki, həqiqətən, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-304/2021 saylı icra sənədi ilə ondan 2000 manat məbləğində pulun alınıb tələbkar X7 və X2 verilməsi qət edilmişdir. O bildirir ki, maddi cəhətdən vəziyyəti çox pis olmuşdur. Ona görə də əlavə xərcə olan borcunu vaxtında ödəyə bilməmiş və gecikdirmişdir. Hazırda isə həmin 2000 manat borcundan 1000 manat məbləğində ödəniş etmişdir. Qalan borcunu isə bir ay sonra ödəyəcəkdir. Ona görə də məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs Abduləli oğlunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-304/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Abduləli oğlundan 2000 manat və X5 1000 manat məbləğində pul alınaraq iddiaçılar X8 və X2 verilməsi qət edilmişdir. İşdə olan 30.09.2021-ci il tarixli Qəbzdən görünür ki, X1 Oqtay Abduləli oğlundan 500 manatı onun ona olan 2000 manat borcdan həmin gün təhvil almışdır. İşdə olan “pul vəsaitinin təhvil alınması haqqında” 11.10.2021-c il tarixli Aktdan görünür ki, Şəxs Abduləli oğlu cavabdeh olduğu icra sənədi üzrə X7 və X2 ödənilməli olan borc tələbi üzrə puldan 500 manatı Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X13 tərəfindən qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs Abduləli oğlunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs Abduləli oğlunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs Abduləli oğlunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48- 50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Abduləli oğlunun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-773/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-773/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver