Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-774/2021 08.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi X10 katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X6, Müdafiəçi: Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2, İcra sənədi üzrə borclu: Şəxs xx.xx.1992-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş hazırda şərti cəza çəkən, Şuşa şəhəri Q.B.Zakir küçəsi ev 12-də qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, Qaçqın və Məcburi Köçkünlər üçün salınmış 594 mənzili yaşayış qəsəbəsi ev 7 mənzil 16-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 01 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə xərci üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3946/2021 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan əlavə xərcin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq əlavə xərc ödənişlərini tam və vaxtında etməmiş, bununla da əlavə xərcləri ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3946/2021 saylı icra sənədi ilə cavabdeh Şəxs 01 oktyabr 2018-ci il təvəllüdlü X3 müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərcin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. X1 dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu əlavə xərc borcunu ödəməkdə bəzi problemlər yaratmış, yəni tam və vaxtında ödəməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu əlavə xərc borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan əlavə xərcə olan borcu 750 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3946/2021 saylı icra sənədi ilə ondan 01 oktyabr 2018-ci il təvəllüdlü oğlu X3 müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərcin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, məhkəmənin nəzərinə çatdırır ki, işləmir və heç bir yerdən gəlir mənbəyi yoxdur. O yalnız aliment borcunu ödəyə bilmişdir. Ona görə də əlavə xərcə olan borcunu vaxtında ödəyə bilməmiş və gecikdirmişdir. Hazırda isə həmin 750 manat borcundan 300 manat məbləğində ödəniş etmişdir. Qalan borcunu isə maddi imkanı düzələn kimi ödəyəcəkdir. Ona görə də məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Borclu Şəxs vəkili X4 məhkəmədən Şəxs borcunun bir qismini ödəməsini nəzərə alaraq onun barəsində açılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3946/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 01 oktyabr 2018-ci il təvəllüdlü X3 müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərc 03 iyul 2020-ci il tarixdən başlayaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İşdə olan “pul vəsaitinin təhvil alınması haqqında” 08.10.2021-c il tarixli Aktdan görünür ki, Şəxs cavabdeh olduğu icra sənədi üzrə Zərərçəkmiş şəxs ödənilməli olan əlavə xərc məbləğindən 300 (üç yüz) manatı Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-774/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-774/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver