Məhkəmə qərarları › İş №3(051)-775/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-775/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-775/2020 25.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, xx xxx 1993-cü ildə Şərur rayon Kosacan kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, “xxxxxxxxxx” MMC-də işləyən, Şərur rayon Kosacan kəndində qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: X3 xx xxxxxxx 2020-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində xüsusi icazəsi olmadan hərbi vəziyyət rejiminin tətbiq edilmiş xüsusi girişçıxış qaydalarını şəhərin giriş qapısını keçərkən pozmuşdur. Məhkəmə iclasında X3 izahat verərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən giriş qapısından şəhərə daxil olarkən qurulmuş postda saxlanılmışdır. Onun əvvəl portalda adının olubolmaması ilə bağlı araşdırma aparılmışdır. Lakin polis əməkdaşlarının onu yuvatması nəticəsində xeyli vaxt gözləmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində tətbiq olunmuş hərbi vəziyyət rejiminin pozulmasına səbəb olmuşdur. X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində polis nəfəridir. xx xxxxxxx 2020-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində şəhərin giriş qapısında xidmətdə olarkən adını sonradan bildiyi X3 özünə məxsus avtomobillə hərbi vəziyyət olmasına və onun Mingəçevir şəhərində qeydiyyatının olmamasına baxmayaraq şəhərə giriş etmişdir. Şəxs onun portalda icazəsinin olmasını bildirsə də hərbi vəziyyətin olması ilə əlaqədar portalda icazə olmur. Şəxs karantin rejimi ilə əlaqədar deyil hərbi vəziyyət rejimi ilə əlaqədar cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsinin tələbinə görə Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X2 törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, X2 barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : X3 Azərbaycan Respublikasının İXM-nin 517-2.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar