Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-776/2025 31.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ağdam rayon, Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayon, Novruzlu Ə/D, Novruzlu kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, X21 A-64 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5977/2016 saylı, xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq aliment borcunun ödənilməsindən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı verdiyi izahatında protokolu müdafiə etmiş və bildirmişdir ki, bu iş onun icraatına 2017-ci ilin fevral ayında daxil olmuşdur. Lakin 2023-cü il tarixdə artıq tələbkar X14 icra sənədinin icra edilməsi üçün tədbir görülməsi barədə müraciət etmişdir. Lakin bu vaxta qədər borcluya rəsmi məlumat verilmımişdir. Onlar da Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə dəvət etmişlər, onun yazılı izahatı alınmış və akt tərtib olunmuşdur. Borclu Şəxs izahatında bildirmişdir ki, 2021-ci il tarixə qədər həbsdə olub, həmin tarixdən bugünə qədər də borc barədə xəbəri olmamışdır. Bununla belə gücü çatdığı qədər uşaqlarına kömək edir. Lakin hal-hazırda işsizdir. Ona 10 gün möhlət verilməsini istəyir. Belə ki, pul qazansa, ödəyəcəkdir. Odur ki, məhkəmədən borcun icra edilməsi üçün 10 gün möhlət verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5977/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra ödənişinin 12780 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 2(051)-5977/2016 saylı, 13 dekabr2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2006-cı il tarixdə doğulmuş X12, xx.xx.2008-ci il tarixdə doğulmuş X13 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, Şəxs X7 xeyrinə hər ay, hər uşağın saxlanması üçün 40 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, qətnamə 16 yanvar 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan 23 yanvar 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 19 yanvar 2017-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-5977/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi əsasında qərar qəbul edilmişdir. İşdə olan “tələbin könüllü icrası” haqqında xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, ondan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 5977/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu X1 şəhər İcra və Probasiya Şöbəsində ərizə yazmış və bildirmişdir ki, 2018-ci ilin iyul ayına qədər alimenti tam şəkildə almışdır. Hal-hazırda fevral ayı da daxil olmaqla 2023-cü il tarixədək 6600 manat borcu yaranmışdır. Onlar öz aralarında aliment ödənilməsi barədə razılığa gəlsələr də, Şəxs uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu X1 şəhər İcra və Probasiya Şöbəsində ərizə yazmış və bildirmişdir ki, 2018-ci ilin iyul ayına qədər alimenti tam şəkildə almışdır. Hal-hazırda fevral ayı da daxil olmaqla 2023-cü il tarixədək 6600 manat borcu yaranmışdır. Hazırda bu günədək heç bir məbləğdə aliment ödəməmişdir. Bununla belə, Şəxs uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, onun axtarışını verməyiniz xahiş olunur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs son yaşayış yerində hazırda yaşamadığı məlum olmuş və onun barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Vəliyev X6 şəhər İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və onun izahatı alınmışdır. Beləliklə, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, sadəcə borclunun borcu barəsində xəbəri olmamışdır. Belə ki, icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, borclu ilə tələbkar arasında razılığı, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-776/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-776/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver