Məhkəmə qərarları › İş №3(051)-777/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-777/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-777/2023 29.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.2005-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X2 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus evdən ümumi dəyəri 65 manat olan, 3 ədəd 10-luq şivel, 3 ədəd 50-lik 3 metrlik dəmir boru, 7 ədəd 32-lik armatur oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə X2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus həyət evindən ümumi dəyəri 51 manat olan, iki ədəd dəmir oturacaq, 3 ədəd 2m-lik 75-lik dəmir boru, 8 ədəd 16-lıq uzunluğu 3 metr olan dəmir armatur, 2 ədəd kvalt çəkic oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə X2 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus həyət evindən ümumi dəyəri 59 manat olan 40 metr uzunluğunda elektrik naqili, 1 ədəd daş balta, 10 ədəd ərsi, 1 ədəd kəlbətin, 1 ədəd dəmirkəsən kəlbətin, 6 ədəd 1.50 sm armatur, 1 ədəd dəmirkəsən qayçı, 6-7 kq dəmir parçası oğurlamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə X2 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus evdən 3 ədəd 10-luq şiveli, 3 ədəd 50-lik 3 metrlik dəmir borunu, 7 ədəd 32-lik armaturu, bundan əlavə Zərərçəkmiş şəxs1 məxsus həyət evindən iki ədəd dəmir oturacağı, 3 ədəd 2m-lik 75-lik dəmir borunu, 8 ədəd 16-lıq uzunluğu 3 metr olan dəmir armaturu, 2 ədəd kvalt çəkici, həmçinin, Zərərçəkmiş şəxs3 məxsus həyət evindən 40 metr uzunluğunda elektrik naqilini, 1 ədəd daş baltanı, 10 ədəd əsini, 1 ədəd kəlbətini, 1 ədəd dəmirkəsən kəlbətini, 6 ədəd 1.50 sm armaturu, 1 ədəd dəmirkəsən qayçını, 6-7 kq dəmir parçasını oğurlayaraq aparmışdır. Hazırda əməlindən peşmandır. Dəymiş zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Şəxs X2 ilə birlikdə ona məxsus evdən 3 ədəd 10-luq şivel, 3 ədəd 50-lik 3 metrlik dəmir boru, 7 ədəd 32-lik armatur oğurlamışdır. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəmişdir, hazırda ondan heç bir şikayəti yoxdur. Odur ki, məhkəmədən inzibati xəta törətmiş şəxsin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Şəxs X2 ilə birlikdə ona məxsus həyət evindən iki ədəd dəmir oturacaq, 3 ədəd 2m-lik 75-lik dəmir boru, 8 ədəd 16-lıq uzunluğu 3 metr olan dəmir armatur, 2 ədəd kvalt çəkic oğurlamışdır. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəmişdir, hazırda ondan heç bir şikayəti yoxdur. Odur ki, məhkəmədən inzibati xəta törətmiş şəxsin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Şəxs X2 ilə birlikdə ona məxsus həyət evindən 40 metr uzunluğunda elektrik naqili, 1 ədəd daş balta, 10 ədəd əsi, 1 ədəd kəlbətin, 1 ədəd dəmirkəsən kəlbətin, 6 ədəd 1.50 sm armatur, 1 ədəd dəmirkəsən qayçı, 6-7 kq dəmir parçası oğurlamışdır. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəmişdir, hazırda ondan heç bir şikayəti yoxdur. Odur ki, məhkəmədən inzibati xəta törətmiş şəxsin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, təxminən 1 il bundan əvvəl alınmış, işlək vəziyyətdə olan 1 ədəd dəmir oturacaq, 3 ədəd 2m-lik 75-lik dəmir boru, 8 ədəd 16-lıq uzunluğu 3m olan armatur və 1 ədəd kvalt çəkicin xx.xx.2023-cü il tarixdə orta bazar satış qiyməti 51 (əlli bir) manat olmaqla, ümumi dəyər 51 (əlli bir) manat dəyərindədir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 127 nömrəli rəyindən görünür ki, təxminən 1 il bundan əvvəl alınmış işlək vəziyyətdə olan 1 ədəd daş baltası, 10 ədəd ərsi, 1 ədəd kəlbətin, 1 ədəd dəmir kəsən kəlbətin, 1.50sm-lik lezva profil , 6 ədəd 1.50sm-lik armatur, 1 ədəd dəmirkəsən qayçı, 10 ədəd elektrik qovşağı və bir sellofan paketdə olan dəmir parçalarının xx.xx.2023-cü il tarixdə orta bazar satış qiyməti 59 (əlli doqquz) manat olmaqla, ümumi dəyər 59 (əlli doqquz) manat dəyərindədir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 128 nömrəli rəyindən görünür ki, təxminən 1 il bundan əvvəl alınmış, işlək vəziyyətdə olan 3 ədəd 10-luq 3m-lik şiveller, 3 ədəd 50-lik 3m-lik dəmir turba, 7 ədəd 32-lik armatur, 8 ədəd dəmir künclük 3mlik xx.xx.2023-cü il tarixdə orta bazar satış qiyməti 65 (altmış beş) manat olmaqla, ümumi dəyər 65 (altmış beş) manat dəyərindədir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və X1 əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında MN ******* saylı, MN ******* saylı, MN ******* saylı protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qeyd edilən protokollar üzrə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizələrdən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs onlara dəymiş ziyanı tam ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin Şəxs heç bir şikayət və tələbləri yoxdur. İşdə olan barəsində protokol tərtib edilmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və işin icraatına xitam verilməsinə etiraz etmir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəmiş, onlarla razılıq əldə etmiş, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs MN ******* saylı, MN ******* saylı, MN ******* saylı protokollar üzrə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından Şəxs barəsində olan MN ******* saylı, MN ******* saylı, MN ******* saylı protokollar üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləninin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda Ona görə də məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı, MN ******* saylı, MN ******* saylı protokollar üzrə başlanmış inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı, MN ******* saylı, MN ******* saylı protokollar üzrə başlanmış inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar