Məhkəmə qərarları › İş №3(051)-78/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-78/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-78/2024 08.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Borclu Şəxs, tələbkar X2, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə xx xxxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir şəhəri, tərəvəzçilik sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1525/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 1440 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1525/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2020-ci il təvəllüdlü Fəridə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 180 manat məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Lakin Şəxs aliment borcunu tam ödəməmiş, nəticədə 1440 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərdi ki, hər ay aliment ödəyir. Bununla belə borcu qalmışdır. Bu gün aliment borcundan 300 manat ödəniş edir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağı saxlamaqdan boyun qaçırmır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu ödəsin. Aliment məhkəməyə müraciət olunduğu vaxtdan tutulduğuna görə bu qədər borcu yaranmışdır. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. X1 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu hər ay aliment ödəsə də tam ödəmir, aliment borcu vardır. Bu gün Şəxs verdiyi 300 manatı qalan borcunu ödəməsinə söz verdiyi üçün qəbul edir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1525/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Fəridə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1525/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər icra və probasiya şöbəsinə daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. xx.xx.2023-cu il və xx.xx.2024-cü il tarixdə borclu Alıyev X4 şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq, xx.xx.2023-cu il və xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Hazırda isə borclu mövcud borcundan 300 manat ödəniş etmiş və qalan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə şəxsin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar