Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-780/2021 15.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Mingəçevir şəhəri PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhəri PŞ DYPB tərəfindən tərtib olunmuş 16.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyi üçün barəsində İXM-nin 529.3cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə X3 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İş materiallarına əlavə edilmiş X4 barəsində olan 07.05.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın elektron surətindən görünür ki, o, Azərbaycan Respublikası İXM-nın 328.3-cü maddəsi ilə 150 manat inzibati cərimə olunmuşdur. İş materialları ilə X2 150 manat cərimə və 90 manat dəbbəni ödəməsi müəyyən olunmadı. İşdə olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edirəm ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. X2 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, onun barəsində nəqliyyat vasitələrinin idarə etmə hüququ məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən məqsədlərə nail olması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutub Qərara aldım: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 7 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-780/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-780/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver