Məhkəmə qərarları › İş №3(051)-780/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-780/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-780/2023 29.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTP-nın polis sahə rəisi X1 Zərərçəkmiş şəxslər: X7, X3 və X2 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. Quliyev X15 Ümüd Yaşar oğru ilə birlikdə xx.xx.2023-cü il tarixdə X9 məxsus şəhərin Vaqonlar qəsəbəsində yerləşən həyət evindən 2 dəmir oturacaqların, 3 ədəd 2m-lik 75-lik dəmir boruların, 8 ədəd, 16-lıq uzunluğu 3 metr olan dəmir armaturların, 2 ədəd kvalt çəkici oğurlamışdır və barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Quliyev X15 Ümüd Yaşar oğru ilə birlikdə xx.xx.2023cü il tarixdə X6 məxsus şəhərin Vaqonlar qəsəbəsində yerləşən həyət evindən 40 metr uzunluğunda elektrik naqillərinin, 1 ədəd daş baltanın, 10 ədəd əsinin, 1 ədəd kəlbətinin, 1 ədəd dəmirkəsən kəlbətinin, 1.50 sm lezva profilinin, 6 ədəd 1.50 sm armaturun, 1 ədəd dəmirkəsən qayçının, 10 ədəd elektrik qovşağının, 6-7 kq ədəd salafan paket dam dəmir parçaları oğurlamışdır və barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Quliyev X15 Ümüd Yaşar oğru ilə birlikdə xx.xx.2023cü il tarixdə X4 məxsus şəhərin Vaqonlar qəsəbəsində yerləşən həyət evindən 3 ədəd 10luq şivellərin, 3 ədəd 50-lik 3 metrlik dəmir borunun, 7 ədəd 32-lik armaturlarıoğurlamışdır və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolları tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTP-nın polis sahə rəisi X5 protokollara uyğun izahat verdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilmərək, sonradan zərərçəkmişlərə dəymiş zərəri ödədiyini bildirdi. O, hazırda Rüstəmov Qoşqar, Ramazanov Əhmədiyə və Cəbrayılov Zərrar ilə barışmışdır və iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X12 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus əşyaları oğurlamışdır. Bununla belə hazırda Şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus əşyaları oğurlamışdır. Bununla belə hazırda Şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus əşyaları oğurlamışdır. Bununla belə hazırda Şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokollar, işdə iştirak edən şəxslərin barışması halını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxslər X12, X10 və X8 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs onlara dəymiş zərəri ödədiyindən onunla barışmışlar. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbləri yoxdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Ona görə də X13 barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-780/2023 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı, xx.xx.2023-cü il tarixli MN ******* saylı, xx.xx.2023-cü il tarixli MN ******* saylı, protokollar üzrə 3(051)-780/2023 saylı, 3(051)- 781/2023 saylı, 3(051)-782/2023 saylı inzibati işlər 3(051)-780/2023 nömrə ilə qeydiyyata alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Materiallara əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 126 nömrəli rəyinə əsasən, təxminən 1 il bundan əvvəl alınmış, işlək vəziyyətdə olan X9 məxsus 1 ədəd dəmir oturacaq, 3 ədəd 2 m-lik 75-lik dəmir boru, 8 ədəd 16-lıq uzunluğu 3 m olan armatur və 1 ədəd kvalt çəkicin xx.xx.2023-cü il tarixdə orta bazar satış qiyməti 51 (əlli bir) manat olmaqla, ümumi dəyər 51 (əlli bir) manat dəyərindədir. Materiallara əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 127 nömrəli rəyinə əsasən, təxminən 1 il əvvəl aldığı X6 məxsus 1 ədəd daş baltası, 10 ədəd ərsi, 1 ədəd kəlpətin, 1 ədəd dəmir kəsən kəlpətin, 1.50 sm-lik lezva profil, 6 ədəd 1.50 sm-lik armatur, 1 ədəd dəmir kəsən qayçı, 10 ədəd elektirik qovşağı və bir sellafan paketdə olan dəmir parçalarının xx.xx.2023-cü il tarixdə orta bazar satış qiyməti 59(əlli doqquz) manat olmaqla, ümumi dəyər 59 (əlli doqquz) manat dəyərindədir. Materiallara əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 128 nömrəli rəyinə əsasən, təxminən 1 il bundan əvvəl alınmış, işlək vəziyyətdə olan X4 məxsus 3 ədəd 10luq 3 m-lik şiveller, 3 ədəd 50-lik 3-lik dəmir turba, 7-lik 32-lik armatur, 8 ədəd dəmir künclük 3m-lik xx.xx.2023-cü il tarixdə orta bazar satış qiyməti 65 (altmış beş) manat olmaqla, ümumi dəyər 65 (altmış beş) manat dəyərindədir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 18:00–da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar