Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-780/2025 04.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mİngəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4, X1 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda Mingəçevir şəhəri H.Aslanov küçəsi ev 4, mənzil 32-də yaşayan Şəxs barəsində (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 04 noyabr 2025-ci il tarixli MN №2325934 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(051)-3631/2017 saylı və 09 avqust 2017-ci il tarixli, 2(051)-3651/2017 saylı və icra sənədi üzrə borclu Şəxs tərəfindən icra edilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun hal-hazırda icra sənədi üzrə 9480 manat aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayındığı üçün borclu barəsində axtarış elan olunmuş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun bir icra sənədi üzrə 12030 manat, digər icra sənədi üzrə isə 11030 manat borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(051)-3651/2017 saylı icra sənədinə əsasən 12000 manat məbləğində borcun alınıb X6 və Mingəçevir şəhər Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(051)-3631/2017 saylı qətnaməsinə əsasən 11000 manat pulun alınıb X9 verilməsi qət edilmişdir. O, borcundan ödəniş etməmiş və hazırda onun tələbkara icra sənədi üzrə müvafiq olaraq 12000 və 11000 manat borcunun olduğunu qəbul edir. Hazırda işləmir, maddi imkanı yoxdur ki, borcunu tam şəkildə ödəsin. X2 məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, borclu tərəfindən icra sənədi üzrə yaranmış 12000 manat borcunun ödənilməsini tələb edir. Əks halda borclu Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, borclu tərəfindən icra sənədi üzrə yaranmış 11000 manat borcunun ödənilməsini tələb edir. Əks halda borclu Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş 04 noyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(051)- 3631/2017 saylı və 09 avqust 2017-ci il tarixli, 2(051)-3651/2017 saylı və icra sənədi üzrə müvafiq olaraq 12000 və 11000 manat pul borcu yaranmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(051)-3651/2017 saylı icra sənədinə əsasən 12000 manat məbləğində borcun alınıb X6 və Mingəçevir şəhər Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(051)-3631/2017 saylı qətnaməsinə əsasən 11000 manat pulun alınıb X9 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-3651/2017 nömrəli icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-3631/2017 nömrəli icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2025 və xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, akt, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmama müddətini nəzərə alıb, borcludan pul məbləğinin tutulması ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin inzibati tənbehin məqsədi baxımından lüzumsuz olması qənaətinə gələrək hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində həmçinin yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 04 noyabr 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-780/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-780/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver