Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-781/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1977–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İXM–nin 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 04.10.2021-ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucadan səs-küy salıb, söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, 04 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısında şərlənərək həbs olunan tanışları Elçin Həsənzadə və İbrahim Salamovun şəkillərinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısında icra başçısının xidməti avtomobilinə yapışdırmışdır. Bu vaxt polis əməkdaşı ona yaxınlaşaraq səbəbini soruşub və ona bunun qadağan olduğunu bildirərək intizama dəvət etmişdir. Daha sonra həmin yerə əlavə polis əməkdaşları yaxınlaşaraq onu Mingəçevir şəhər Polis Şöbəsinə aparmışlar. Əməlindən peşman deyildir və haqlı tələbi yerinə yetirilənədək etdiyi aksiyanı davam etdirəcəyini bildirdi. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 04 okyabr 2021-ci il tarixdə saat 17:00 radələrində xidmət etdiyi Mingəçevir Şəhər İcra Hakimiyyətində bir nəfər şəxsin icra hakimiyyətinə məxsus avtomobilin ətrafında şübhəli hərəkətlər etdiyini görmüş və dərhal həmin şəxsə yaxınlaşaraq avtomobilin icra başçısına məxsus olduğunu bildirməklə, ondan kənar durmasını xahiş etmiş, lakin həmin şəxs ucadan səs-küy salmış və söyüşlər söyməyə başlayaraq ictimai qaydanı pozmuşdur. O həmin şəxsi sakitləşdirməyə çalışsa da, onun öz hərəkətlərini davam etdirdiyini görüb Mingəçevir şəhər Polis şöbəsinin ərazidə olan post patrul xidmətinin əməkdaşlarını həmin yerə çağırmışdır. Mingəçevir şəhər PPX əməkdaşları onu nizam intizama dəvət etsələr də, həmin şəxs yenə də qanunsuz hərəkətlərini davam etdirməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı şahid X3 Allahverdiyev ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 oktyabr 2021-ci il tarixdə 17:00 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucadan səs-küy salıb, söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa barəsində protokol tərtib edilmiş şəxs izahatında tanışları Elçin Həsənzadə və İbrahim Salamovun şəkillərinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısında icra başçısının xidməti avtomobilinə yapışdırmaq istərkən, polis əməkdaşı ona yaxınlaşmış, lakin o, həmin vaxt heç bir ictimai qaydanı pozmamamış, hətta polis əməkdaşının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxsin bildirdiklərinə tənqidi yanaşır və onun istinad etdiyi dəlilləri işin həqiqi hallarına uyğun hesab etmir. Eləcə də, məhkəmə iclası zamanı tədqiq edilmiş şahid ifadələri ilə inzibati xəta törətmiş şəxsin istinad etdiyi həmin dəlillər təkzib edildiyindən, məhkəmə onun bu barədə göstərdiklərini formal mülahizə hesab edir və işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirmiş, bu səbəbdən də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərini əsaslı hesab etmir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 04 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində şəhərin 20 Yanvar küçəsində ucadan səs-küy salıb, söyüşlər söyərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olmamışdır. Bu hal inzibati tənbehin məqsədlərinə nail olunması baxımından, inzibati xəta törətmiş şəxsin barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 04 oktyabr 2021–ci il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-781/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-781/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver