Məhkəmə qərarları › İş №3(051)-783/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-783/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-783/2021 02.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ******* №li 31.08.2021ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, "xxxx" MMC 144762.01 Rusiya rublu məbləğində vəsaiti 08.08.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 144762.01 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə daxil etməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC ilə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində yerləşən PAO “Güc maşınları” zavodu arasında 05030856/********** №li 08.05.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (zavod) müqavilənin ayrılmaz hissəsi olan 1 №li spesifikasiyasında göstərilən nomenklatur və həcmlərə uyğun olaraq "xxxx" MMC–ni K-300-240-5 M tipli Buxar turbini üçün ehtiyat hissələrinin təchiz edilməsini və istehsalını öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən icraçı (zavod) müqavilənin ayrılmaz hissəsi olan 2 №li spesifikasiyalara uyğun olaraq Setmontaj işlərini (xidmətlər) öhdəsinə götürür. Eləcə də müqavilənin 1.3 və 1.4-cü maddələrinə əsasən sifarişçi ("xxxx" MMC) məhsulların dəyərinin ödənilməsini, qəbul edilməsini xidmətlərə görə ödənişləri öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri ******* (səkkiz milyon iki yüz iyirmi dörd min beş yüz doxsan bir) rubl təşkil edir. Həmin məbləğin ******* (yeddi milyon bir yüz iyirmi dörd min beş yüz doxsan bir) rubl alınacaq ehtiyat hissələri üçün 1100.000 (bir milyon bir yüz) rubl isə xidmətlər üçün nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən “Kapital Bank”ın Mingəçevir filialı vasitəsi ilə icraçının 900986 №li 14 may 2019-cu il tarixli hesab fakturasına əsasən 20.05.2019-cu il tarixdə 19 №li ödəniş tapşırığı ilə 3562 295.50 rubl, 9009.9340 №li 07.07.2019-cu il tarixli hesab fakturasına əsasən 07.07.2019-cu il tarixdə 23 №li ödəniş tapşırığı ilə 3417533.48 rubl, 90100176 №li 09.07.2019-cu il tarixli hesab fakturasına əsasən 08.08.2019-cu il tarixdə 42 №li ödəniş tapşırığı ilə 144762.01 rubl vəsait ehtiyat hissələri alınması üçün köçürmüşdür. 08.08.2019-cu il tarixdə köçürülmüş 144762.01 rubl vəsait ehtiyat hissələri alınması üçün PAO “Güc maşınları” zavodunun bank hesabına köçürülmüş cəmi ******* rubl vəsaitin bir hissəsidir. 13.06.2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, 13.06.2019-cu ildə ******* .96 rubl, 29.06.2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, 78849.52 rubl, 06.07.2019-cu il tarixli bəyannamə ilə da aydın olur ki, 210674.52 rubl vəsaitin dəyəri olan mallar idxal olunmuşdur. ******* rubl isə xidmətlər üçün ödənilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan "xxxx" MMC barəsində İXMnin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş PAO “Güc Maşınları” İSC direktoru ilə "xxxx" MMC-nin direktoru arasında bağlanmış 05030856/190291-0736 №li 08.05.2019-cu il tarixli müqavilədən görünür ki, icraçı (PAO “Güc maşınları”) müqavilənin ayrılmaz hissəsi olan 1 №li Spesifikasiyasında göstərildiyi nomenklatur və həcmlərə uyğun olaraq "xxxx" MMC-nin buxar turbinin ehtiyat hissələrinin təchiz edilməsini, istehsalını, eləcə də setmontaj işlərini, xidmətlər göstərilməsini sifarişçi məhsulların dəyəri ödəməsini, qəbul etməsini, göstərilən xidmətlərə görə ödənişi öhdəsinə götürürlər. Müqavilənin ümumi dəyəri Rusiya Federasiyasının ƏDV istisna olmaqla ******* (səkkiz milyon iki yüz iyirmi dörd min beş yüz doxsan bir) rubl təşkil edir. Göstərilən xidmətlərə görə ödəniş ******* rubl, 50 faiz avans şəkildə 50 faiz yekun məbləğ şəkildə ödənilir. İşə əlavə olunmuş 19 №li 20.05.2019-cu il tarixli, 23 №li 07.06.2019-cu il tarixli, 42 №li 08.08.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən X6 şəhər filialından PAO “Güc maşınlarının bank hesabına 08.05.2019-cu il tarixli müqaviləyə əsasən buxar turbini ehtiyat hissələrinin dəyərinin qabaqcadan ödənişi üçün müvafiq olaraq 3562295.50 rubl, 3417533.48 rubl və 144762.01 rubl ödənilmişdir. İşə əlavə olunmuş 41 №li 08.08.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X5 filialından 08.05.2019-cu il tarixli müqaviləyə əsasən turbin avadanlıqlarının quraşdırılması işlərinin dəyərini ödəmək məqsədilə "xxxx" MMC tərəfindən PAO “güc maşınları” bank hesabına ******* rubl köçürülmüşdür. İşə əlavə olunmuş Gömrük bəyannamələrindən görünür ki, "xxxx" MMC-yə 13.06.2019cu ildə 6835066.96 rubl, 29.06.2019-cu ildə 78849.52 rubl, 06.07.20199-cu ildə 210674.52 rubl dəyərində ehtiyat hissələri daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, ödənilmiş vəsaitin müqabilində müvafiq mallar müəyyən edilmiş müddətdə idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə toplanmış sübutlara məcmunu halda qiymət verərək hesab edirəm ki, "xxxx" MMCnin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51,114,128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar