Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-783/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və müdafiəçisi X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 14/1, mənzil 36 ünvanında Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Ruslan Hüseynovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilmiş, 26 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmişdir. Hazırda məhkəmənin qərarı qüvvəyə minmişdir. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil məhkəmə iclası zamanı Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata material təkrar araşdırmada olduğuna görə xitam verilməsinə etiraz etmədi. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə onunla telefon vasitəsilə əlaqə saxlanılmış və uşağının səhhəti ilə əlaqədar Bakı şəhərində xəstəxanada olduğundan, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 14/1, mənzil 36 ünvanında Zərərçəkmiş şəxs döymüşdür. İşdə olan Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ŞPŞ-yə etmiş olduğu müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından, cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM– nin 157–ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyməsi inzibati hüquq pozma sayıldığından, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə ŞPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-16/2023 saylı xx.xx.2023cü il tarixli qərarından görünür ki, Mingəçevir şəhər X3 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 26 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Mingəçevir şəhər X3 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 26 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, əsasında Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 14/1, mənzil 36 ünvanında Zərərçəkmiş şəxs döyməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Mingəçevir şəhər X3 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 26 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda hazırkı vəziyyətdə inzibati xəta hadisəsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1–ci maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Mingəçevir şəhər X3 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 26 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-783/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-783/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver