Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-784/2023 30.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Prorotkolu tərtib etmiş Mingəçevir şəhər Yol Patrul inspektoru X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1984–cü il tarixdə Zərdab rayonunda anadan doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs eyni inzibati xətaya görə xx.xx.2022-ci il tarixdə cərimə növündə inzibati tənbeh tədbirinə məruz qalmasına və barəsində qüvvədə olan inzibati tənbeh vermə haqqında qərar olmasına baxmayaraq, il ərzində, yəni xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində VAZ 21074 minik markalı **-LX-*** dövlət nömrə nişanlı avtomobili təkrarən sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində VAZ 21074 minik markalı **-LX-*** dövlət nömrə nişanlı avtomobili sərxoş halda idarə edən zaman YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və spirtli içki qəbul etdiyi aşkar edilmişdir. Ona görə də onu narkoloji disponserə aparmışlar və bu zaman onun sərxoş olduğu müəyyən edilmişdir. Uşağının səhhəti yaxşı olmadığından tələsmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Prorotkolu tərtib etmiş Mingəçevir şəhər Yol Patrul inspektoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs eyni inzibati xətaya görə xx.xx.2022-ci il tarixdə cərimə növündə inzibati tənbeh tədbirinə məruz qalmasına və barəsində qüvvədə olan inzibati tənbeh vermə haqqında qərar olmasına baxmayaraq, il ərzində, yəni xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində VAZ 21074 minik markalı **-LX-*** dövlət nömrə nişanlı avtomobili təkrarən sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra onun barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixli İXP ******* saylı inzibati protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İşə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə cərimə növündə inzibati tənbeh tədbirinə məruz qalmasına və barəsində qüvvədə olan inzibati tənbeh vermə haqqında qərar olmasına baxmayaraq, il ərzində, yəni xx.xx.2022-ci il tarixdə cərimə növündə inzibati tənbeh tədbirinə məruz qalmasına və barəsində qüvvədə olan inzibati tənbeh vermə haqqında qərar olmasına baxmayaraq, il ərzində, yəni xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində VAZ 21074 minik markalı **-LX-*** dövlət nömrə nişanlı avtomobili təkrarən sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 30 sentyabr 2023–cü il tarixdən saat 13:45-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-784/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-784/2023
30.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver