Məhkəmə qərarları › İş №3(051)-785/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-785/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-785/2025 19.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir, ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1522/2021 saylı icra vərəqəsi üzrə 04 yanvar 2005-ci il təvəllüdlü X4, 02 avqust 2008-ci il təvəllüdlü X5 və 03 yanvar 2011-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 390 manat məbləğində alimentin ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, 2780 manat aliment borcu yaranmışdır. Bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında bildirdi ki, borclu Şəxs hazırda aliment borcu 2780 manat təşkil edir. Odur ki, qeyd olunanları nəzərə alınıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında bildirdi ki o, maddi imkansızlığı səbəbindən borcunu vaxtında ödəyə bilməmişdir. İşsizdir. Borclu tərəfindən borcun yay aylarında mütəmadi şəkildə ödəniş edilməsi niyyətini nəzərə alınaraq, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tələbkar X7 izahatında bildirdi ki, borclu aliment borcunu yay aylarında ödəyəcəyinə söz vermişdir. Ona görə də, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1522/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 04 yanvar 2005-ci il təvəllüdlü X4, 02 avqust 2008-ci il təvəllüdlü X5 və 03 yanvar 2011-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 390 manat məbləğində aliment alınıb, tələbkar X3 verilməsi qət edilmişdir. İşdə olan protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1522/2021 saylı icra vərəqəsi üzrə borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1522/2021 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Məhkəmə iclası zamanı tələbkar ərizə ilə məhkəməyə müraciət edərək borclu ilə arasında razılıq əldə olunduğunu, sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, ona görə də işə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə: İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu X8 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu, icra məmuru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, tələbkarın ərizəsini, eyni zamanda inzibati xəta iş üzrə icraat materialında olan digər sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qəsdən yayınması müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı borcluya borcundan ödənişin edilməsi üçün vaxt verilmiş, daha sonra borcun ödənilməsi ilə bağlı borclu və tələbkar aralarında razılığa gəlmişlər. Həmçinin tələbkar da borclu ilə razılığa gəldiyini məhkəmə iclasında bildirərək, borcludan heç bir şikayət və tələbinin olmadığını qeyd edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar