Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-787/2021 18.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında qərar daxil olmuşdur. İnzibati xəta haqqında qərara görə, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onun barəsində tətbiq edilmiş 50 manat məbləğində cəriməni və ödənişini gecikdirdiyinə görə hesablanmış 30 manat məbləğində dəbbə pulunu ödəmişdir. Odur ki, məhkəmədən barəsində açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs oğlu inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında qərarın icrasına xitam verilməlidir. Belə ki, işdə olan X1 haqqında EQ ******* saylı 12.05.2021-ci il tarixli Elektron Qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan DİN-in DYP WEB Portalından 16.09.2021-ci il tarixli çıxarışdan görünür ki, Şəxs 12.05.2021-ci il tarixli qərarla 50 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 30 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 80 manat inzibati cəriməsi yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs 50 manat cərimə, 30 manat dəbbə pulu, cəmi 80 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, işdə olan 27.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs EQ ******* saylı X1 haqqında elektron qərarda göstərilən müvafiq cəriməni və dəbbə pulunu, yəni 80 manat məbləğində inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 446-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-in Mingəçevir DYPB tərəfindən Şəxs oğlunun barəsində çıxarılmış 16.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-787/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-787/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver