Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-787/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif oğlunın, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Borclu: Şəxs və onun vəkili X5, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə xx.xx.1985–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Mahmudov X3 Şəhər Məhkəməsinin 2(051)-988/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 600 manat məbləğində pul borcu və 30 manat dövlət rüsumunun X1 ödəməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı borclunun borcunu tam ödəməsini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmən xahiş etmişdir. Borclu Şəxs izahatında bildirdi ki o, maddi imkansızlığı ilə əlaqədar borcu ödəyə bilməmişdir. Hal-hazırda borcu ödəyib və bu səbəbdən də onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Borclu Şəxs vəkili X6 da, borculun borcu tam şəkildə ödədiyi üçün barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkarlara məlumat verilməsinə baxmayaq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-988/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 600 manat məbləğində pul borcu və 30 manat dövlət rüsumunun tutulub tələbkar X1 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-988/2023 saylı icra vərəqəsi yaranmış 600 manat məbləğində borcu və 30 manat dövlət rüsumu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədov xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-988/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamışdır və xx.xx.2023-cü il tarixli bildirişlə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru borclu Şəxs məhkəmə zalında 630 manat pulu tələbkara təqdim edilməsi üçün qəbul etmişdir. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, iş materialları araşdırılarkən müəyyən olundu ki, şəxs borcunu tam şəkildə ödəyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu X2 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-787/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-787/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver