Məhkəmə qərarları › İş №3(051)-787/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-787/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-787/2024 26.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Mingəçevir şəhəri, X3, ev 2/1, mənzil 8 ünvanında qeydiyyatda olan (VÖEN:**********) Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Çin Xalq Respublikasından 42157925 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********3690 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada təqdim edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 42157925 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********3690 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada təqdim edilmişdir. Bu hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclası zamanı göstərdi ki, 00100-02948/24 saylı 25 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan da göründüyü kimi Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********3690 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada təqdim edilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 00100-02948/24 saylı 25 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 42157925 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********3690 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada təqdim edilmişdir. Ona görə Şəxs MMC barəsində AR İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19:08-də elektron formada rəsmiləşdirmək üçün göndərilmişdir. İşdə olan Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 42157925 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsinin verilmədiyi müəyyən edilməklə, belə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmasına baxmayaraq, həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********3690 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada verilməklə Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMCnin ünvanına Çin Xalq Respublikasından 42157925 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı MRSU6237892 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********3690 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar