Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-787/2025 26.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi,məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayətçidir. Belə ki, həmin protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYPŞ-nin baş leytenantı X4 həmin protokolda qeydə alınmış cərimənin video (foto) görüntülərini istədikdə heç bir əsas göstərə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 məhkəmə iclasında ərizə təqdim edərək, barəsində çıxarılmış cəriməni ödədiyini, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə iclasının vaxtı və yeri barədə Gəncə şəhər DYPŞ-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını, şikayət vermiş şəxsin izahatını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. İşdə olan: Azərbaycan Respublikası DİN Gəncə şəhər BPİ-nin DYPİ tərəfindən xx.xx.2025-ci il tarixdə X2 barəsində olan inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2025-ci il tarixinə DYPŞ-ə gəlməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. “AsanPay” ödəniş sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolu üzrə cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası DİN-in Gəncə şəhər DYPŞ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmiş, X3 barəsində qəbul edilmiş inzibati xəta protokolu üzrə cəriməni ödəmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X1 xx.xx.2025-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132,133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-787/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-787/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver