Məhkəmə qərarları › İş №3(051)-788/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-788/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-788/2023 17.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs: X1 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs təxminən 2023-cü mart ayının əvvəlində Mngəçevir şəhərinin N.Əliyev prospetində 72 saylı binanın blokundan velosipedi gecə saatlarında X2 məxsus 200 manat dəyərində velosipedi oğurlamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, təxminən 2023-cü mart ayının əvvəlində Mngəçevir şəhərinin N.Əliyev prospetində 72 saylı binanın blokundan velosipedi gecə saatlarında sərxoş vəziyyətdə oğurlamışdır. Həmin velosipedi idarə edərək Yepvlax rayonu Xaldan qəsəbəsi istiqamətinə apamış və orada tanımadığı şəxsə 40 manata satmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, həbsdə olduğunu nəzərə alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 03.00 radələrində yaşadığı mənzilə gedn zaman oğluna məxsus velosipedi yaşadığı binan blokunda olduğunu görmüşdür. Lakin həmin günün səhəri saat 10.00 radələrində oğlu velosipedin blokda olmadığını bildirmişdir. O da polis orqanlarına bu barədə məlumat vermişdir. Əlavə olaran bildirdi ki, velosipedi 280 manata almışdır. Şəxs ona dəymiş ziyanı ödədəmişdir. Ona görə də onun barəsində daha ciddi tənbeh verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 02 nömrəli rəyindən görünür ki, hazırki dövrdə işlənmiş vəziyyətdə 1 (bir) ədəd 7.5 litrlik od samavarının qiyməti 90 manat dəyərindədir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 31 nömrəli rəyindən görünür ki, hazırki dövrdə istifadə olunmulş vəziyyətdə 24-lük velosipedin bazar satış qiymətmi 200 manat dəyərindədir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs təxminən 2023-cü mart ayının əvvəlində Mngəçevir şəhərinin N.Əliyev prospetində 72 saylı binanın blokundan velosipedi gecə saatlarında oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətaların az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati protokollar üzrə dəymiş ziyanı ödəməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, belə ki, dəfələrlə oğlurluq cinayəti törətməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Lakin hazırda Şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qərarlardan müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-49/2023 saylı qərarı ilə Şəxs barəsində 2 ay 11 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-70/2023 saylı qərarı ilə Şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzaldılmışdır. İşə əlavə edilmiq Mingəçevir şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs AVzərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinsə də, hazırda qərarın icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Belə ki, AR İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən inzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin icraatı ilə bağlı həbs qətimkan tədbiri seçildiyindən və cinayət işi Mingəçevr şəhər Məhkəməsinin icraatında olduğunu nəzərə alaraq, onun barəsində tətbiq ediləcək inzibati həbs haqqında qərarın icrası qeyri-mümkün olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ona inzibati tənbeh tətbiq edilməsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar