Məhkəmə qərarları › İş №3(051)-79/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-79/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-79/2023 18.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1994–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:22 radələrində Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, İslamzadə küçəsində idarə edərkən, avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərə əlavə edilmiş CD diskində əks olunan video görüntü ilə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, o, avtomobil təmiri ilə məşğul olur. Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı avtomobilinin sahibi olan X5 təmir etmək üçün avtomobilin açarlarını ona vermişdir. Həmin avtomobili o, təmir etmişdir. Sonra isə yoxlamaq üçün xx.xx.2023-cü il tarixdə saat 16:22 radələrində Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, İslamzadə küçəsində idarə edərkən avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan avtoxuliqanlıq etmişdir. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in YPX-nin əməkdaşıdır. Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:22 radələrində Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, İslamzadə küçəsində idarə edərkən avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan avtoxuliqanlıq etməklə kobudcasına yol hərəkəti qaydalarını pozaraq cəmiyyətə açıqcasına hörmətsizlik etmişdir. Bu barədə radio-efir vasitəsiylə onlara məlumat verilmişdir. İnzibati xəta törətmiş şəxsin hərəkətləri təhlükəsiz şəhər kamerası vasitəsi ilə video qeydə alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-in 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılması üçün duracağa yerləşdirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, X2 məxsus olan Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən Mingəçevir ŞPŞ-nin cərimə meydançasından təhvil alınmışdır. İşə əlavə edilmiş Mingəçevir ŞPŞ-nin TŞ-nin operatoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:22-də Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Mingəçevir şəhəri İslamzadə küçəsində “Kür” olimpiya idman kompleksinin qarşısında hərəkətdə olarkən davamlı olaraq 6 dəfə avtomobili öz oxu ətrafında dairəvi hərəkət netdirməklə avtoxuliqanlıq hərəkətləri etmişdir. Sürücü kobudcasına yol hərəkəti qaydalarını pozaraq cəmiyyətə açıqca hörmətsizliyini bildirmişdir. Radio-efir vasitəsi ilə PPX və YPX əməkdaşlarına bu barədə məlumat verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:22 radələrində Mercedes Benz E200D minik markalı **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, İslamzadə küçəsində idarə edərkən, avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ju maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 yanvar 2023–cü il tarixdən saat 17:50-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yevlax rayon 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəhbərlikərinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar