Məhkəmə qərarları › İş №3(051)-790/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-790/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-790/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx.xx.1983–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz Mingəçevir şəhəri ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Ş.İXətai küçəsində ev 12/1 saylı binanın blokundan X3 məxsus Start markalı 28-lik velosipedi oğurlamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Ş.İXətai küçəsində ev 12/1 saylı binanın blokundan X3 məxsus Start markalı 28-lik velosipedi oğurlamışdırr. Səhvini başa düşmüşdür. Əməlindən peşmandır. Hazırda vurmuş olduğu ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Bu səbəbdən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Ş.İXətai küçəsində ev 12/1 saylı binanın blokundan ona məxsus 80 manat dəyərində olan Start markalı 28-lik velosipedi oğurlamışdır. Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şəxs əməlindən peşman olması, dəymiş ziyanı ödəməsi və zərər çəkmiş şəxslə barışması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyan tamamilə ödənildiyi və zərər çəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar