Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-791/2022 19.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxslər: X4 və X1 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbayjan Respublikası İXM-in 333.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində **-TR-*** nömrəli avtomobilli sərxoş vəziyyətdə idarə edərək Fiat Doblo markalı **-PL-*** nömrə nişanlı və Mercedes markalı **-BM-*** nömrə nişanlı avtomobillərlə toqquşub zərərçəkmiş şəxslərə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində sərxoş vəziyyətdə idarə etdiyi Mercedes Benz E230 markalı **-TR-*** nömrəli avtomobillə arxaya hərəkətdə olan zaman dayanmış vəziyyətdə olan Fiat Doblo markalı **-PL-*** nömrəli avtomobilin sağ yan hissəsinə, sağ arxa qənədinə, qapısına dəyərək toqquşmuşdur. Toqquşmanın təsirindən həmin avtomobil sürüşərək sol yan hissəsi, sol arxa təkəri sol yan hissəsində dayanmış vəziyyətdə olan Mercedes Benz C180 markalı **-BM-*** nömrə nişanlı avtomobilin sağ qabaq qapısına dəyərək yenidən toqquşmuşdur. Nəticədə, həmin avtomobillərə maddi zərər dəymişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi Mercedes Benz C180 markalı **-BM-*** nömrəli nişanlı avtomobilini “5+” supermarketin qarşısında marketə getmiş və təxminən 10 dəqiqə sonra marketdən çıxdıqda Mercedes Benz E230 markalı **-TR-*** nömrəli avtomobillin dayanmış vəziyyətdə olan Fiat Doblo markalı **-PL-*** nömrəli avtomobilin toqquşduğunu və toqquşmanın təsirindən həmin avtomobil sürüşərək onun idarə etdiyi Mercedes Benz C180 markalı **-BM-*** nömrə nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində ona maddi zərər dəymişdir. Hazırda Şəxs avtomobili təmir etdirməklə ona dəymiş ziyanı qarşılayır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edilərək ifadəsində göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsinə məxsus Fiat Doblo markalı **-PL-*** nömrəli avtomobil ona yol vərəqəsi ilə təhkim edilmişdir. xx.xx.2022-ci il tarixdə idarə etdiyi Fiat Doblo markalı **-PL-*** nömrəli avtomobili duracaqda saxlamışdır. Həmin vaxt “5+” supermarketin qarşısında Mercedes Benz E230 markalı **-TR-*** nömrəli avtomobillin sürücüsü avtomobilini arxaya hərəkət etdirən zaman Fiat Doblo markalı **-PL-*** nömrəli avtomobil dayanmış vəziyyətdə olduğu halda onun üzərinə getmiş və nəticədə həmin avtomobilin sağ arxa qapısına və qənədinə Mercedes Benz E230 markalı **-TR-*** nömrəli avtomobillin arxa sağ hissəsi və buferi dəyərək toqquşmuşdur. Toqquşmanın təsirindən Fiat Doblo markalı **-PL-*** nömrəli avtomobil sol yan hissəyə sürüşərək dayanmış vəziyyətdə olan Mercedes Benz E230 markalı **-TR-*** nömrəli avtomobillin sağ yan qabaq hissəsinə dəyərək yenidən toqquşmuşdur. Hadisə nəticəsində avtomobilə ziyan dəymişdir. Hazırda Şəxsdqan avtomobilə dəymiş ziyanı qarşılamağını tələb edir. Odur ki, qərar qəbul edilərək ifadəsində göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli AP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində **-TR-*** nömrəli avtomobilli sərxoş vəziyyətdə idarə edərək Fiat Doblo markalı **-PL-*** nömrəli və Mercedes markalı **-BM-*** nömrə nişanlı avtomobillərlə toqquşub zərərçəkmiş şəxslərə maddi zərər vurmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ƏN-Vİ 321199 saylı etibarnamədən görünür ki, Mercedes Benz E 230 markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək Şəxs etibar edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, Fiat Doblo markalı **-PL-*** dövlət nömrə nişanlıavtomobilə 1504 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində **-TR-*** nömrəli avtomobilli sərxoş vəziyyətdə idarə edərək Fiat Doblo markalı **-PL-*** nömrə nişanlı və Mercedes markalı **-BM-*** nömrə nişanlı avtomobillərlə toqquşub zərərçəkmiş şəxslərə maddi zərər vurmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, vurulmuş zərərin bir qisminin əvəzinin könüllü surətdə ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, nəzərə alaraq, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla əlavə, cərimə növündə isə əsas inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-791/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-791/2022
19.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver