Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-792/2023 20.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Şərifova Ruqiyə Yusif oğlunun katibliyi və X1 iştirakı ilə, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə olunması barədə Mingəçevir şəhər İcra Hakimiyyətinin İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 izahatında göstərdi ki, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmasına baxmayaraq məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXMnin 395.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 300 manat cərimə edilməsi qərara alınmışdır. Sözügedən qərar tam qanunsuz və əsassızdır. Belə ki, o tikinti işi aparmamışdır. Onun əməlində heç bir inzibati tərkib olmadığı üçün İXM-nin 395.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə olunması barədə Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 300 manat cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 500 manat cərimə edilir. İş materialları, şikayət vermiş şəxsin izahatı və iş materiallarından görünür ki, X2 barəsində tərtib edilmiş inzibati qərarın əsası bordur. Belə ki, sözügedən maddədə göstərildiyi kimi göstərilən inzibati xətanın tərkibinin yaranması üçün iki halın mövcud olması mütləqdir. Birincisi müəyyən tikintinin tikinti obyektlərinin inşa edilməsi, ikincisi isə tikintinin inşa edilməsi üçün icazənin alınmaması. İnzibati xətanın mövcud olması üçün əməldə tərkib olması müəyyən olunmur. Qanunun tələbindən də göründüyü kimi inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. E.Qarayevin əməlində heç bir inzibati xəta tərkibinin olması müəyyən olunmamışdır. Bundan əlavə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin məhkəmə qeyd edir ki, X2 tərəfindən aparılan tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi 79-cu maddəsi ilə tikintisinə icazə verilən tikintilər katiqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi 79-cu maddəsinə əsasən 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; Məcəllənin 81.1ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Oldur ki , məhkəmə hesab edir ki, X2 barəsəində çıxarılmış, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-792/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-792/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver