Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-792/2024 20.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdam rayonu, İlxıçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəki-Zaqatala Regional Təhsil idarəsi ümumi təhsil məktəbində müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 18 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsini icra etməyərək uşağın 02 noyabr, 09 noyabr, 16 noyabr 2024-cü il tarixlərində tələbkar Zərərçəkmiş şəxslə görüşünü təmin etməmiş, görüşün sərbəst keçirilməsinə icazə verməyəcəyini qeyd edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X3 inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günləri saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət ilk 6 ay ərzində ana cavabdeh Şəxs iştirakı ilə müəyyən edilmişdir. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədini icra etməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra sənədini qəsdən icra etmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmişdir. Protokolun dəlillərini müdafiə edir və inzibati xəta törədən şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2022ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günləri saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Qətnamədə göstərilmiş ünsiyyətin ilk 6 ay ərzində onun iştirakı ilə müəyyən edilməsi qərara alınmışdır. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmir. Uşağın atası ilə görüşməsini istəmir. Bununla yanaşı barəsində protokol tərtib edilmiş şəxs əvvəlki məhkəmə iclasında qətnaməni icra etməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinə əsasən ona xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günləri saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Qətnamədə göstərilmiş ünsiyyətin ilk 6 ay ərzində ananın cavabdeh Şəxs iştirakı ilə müəyyən edilməsi qərara alınmışdır. Lakin borclu icra sənədini qəsdən icra etmir. Belə ki, borclu onun uşaqla görüşməsinə, uşaqla ünsiyyətdə olmasına maneələr yaradır və yalandan bəhanələr gətirərək görüşməyi üçün şərait yaratmamışdır. Borcluya icra sənədi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Onun aliment borcu yoxdur. Uşaqla görüşməyi və onunla ünsiyyətdə olmasına Şəxs tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir. Əks halda Şəxs qanun daxilində inzibati tənbeh verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günləri saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət ilk 6 ay ərzində ananın cavabdeh Şəxs iştirakı ilə müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-224/2024 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli “Uşaqla ünsiyyət olunması barədə” tərtib olunmuş aktlardan görünür ki, cavabdeh Şəxs tələbkarın uşaqla görüşməsinə etiraz etdiyini və bu görüşü təmin etməyəcəyini bildirmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı icra vərəqəsi üzrə icra sənədini icra etməkdən yayınmışdır. Mingəçevir Şəhər Məhkəməsinmin 3(051)-609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, cavabdeh Zərərçəkmiş şəxs heç bir aliment borcu yoxdur. 8 saylı RETSİ-i tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs iş yerində müsbət xarakterizə olunur. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 16(051)-6/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsindən imtina edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: İcra haqqında Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi Barəsində inzibati protokol tərtib edilmiş şəxsin özünün izahatı, digər inzibati proses iştirakçılarının izahatı, iş materialları ilə təsdiq edilir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. İcra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədini icra etməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də icra sənədini icra etməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın mövcud olmasını, himayəsində on dörd yaşınadək uşağı olan qadın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-792/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-792/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver